Icma.az
close
up
RU
Laçın Hava Limanın açılışına paytaxt sakinlərinin BAXIŞI SORĞU

Laçın Hava Limanın açılışına paytaxt sakinlərinin BAXIŞI SORĞU

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. Məsələ ilə bağlı SİA-nın əməkdaşı şəhər sakinlərinin təəssüratlarını öyrənməyə çalışıb.

Şəhər sakini Fəxrəddin Camalov: “Dünən 28 may Müstəqillik Günündə Laçın şəhərində Hava Limanın açılması və orada türk dünyasının 3 böyük dövlətinin liderlərinin iştirakı çox gözəl hadisə idi. Fikrimcə, hər kəs də buna çox sevindi. İstər türk dünyasının, istərsə də islam dünyasının bir yerə toplaşdığı bir gün kimi tarixə düşdü. 28 may həm Azərbaycanın, həm də islam dünyasının birlikdə iş gördüyü tarixi gün idi. Yenə deyirəm ötən günkü Laçın Hava Limanının açılışı çox əlamətdar və gözəl hadisə idi. Türk dövlətləri birlikdə olsalar hər bir şeyi qaydaya qoymaq olar”.

Şəhər sakini Qızılgül Ağayeva: “Çox sevindim. Dünən televiziya vasitəsi ilə həmin açılışa baxdım. Prezidentimizin çıxışını da izlədim və bir daha fəxr etdim ki, bizim belə Ali Baş Komandanımız var, rəhbərimiz var. Daha sonra Türkiyə prezidentinin çıxışını da seyr etdim və orada Azərbaycan şeirinin səsləndirməsi mənə çox gözəl hisslər yaşatdı. Pakistan rəhbərinin çıxışını da çox bəyəndim. İki ölkə ilə hər zaman dostluq və qardaşlıq münasibəti qurmuşuq və hər zaman bir-birimizə həyan olmuşuq. Türk dünyası hər zaman birləşir. Pakistan və Türkiyə də hər zaman Azərbaycana dəstək vermişdir və bunu Qarabağ döyüşlərində də hiss etmişik. İndi isə bir qardaş kimi biz də Pakistanın yanındayıq və onlara dəstəyik. İnşallah qismət olsa yaxın zamanda məndə işğaldan azad olunmuş torpaqlarımıza səfər etməyi planlaşdırıram”.

Şəhər sakini Hüseyn Hüseynov: “İşğaldan azad olunmuş torpaqlarımızda yeni hava limanlarının açılması çox önəmlidir. Bu həm də ölkəmizdə hava limanlarının sayını da artırır. Bunun nəticəsi olaraq həm də ölkənin iqtisadi vəziyyətinə çox ciddi inkişafda edə bilər. Yeni hava limanlarının açılması ilə yeni iş yerləri də açılmış olur və işsizlik sayıda azala bilər. Dünən əlamətdar bir gün olan Müstəqillik Günündə bizim gözəl guşələrimizdən olan Laçınımızda yeni hava limanının açılması və bu açılışda türk ölkələrinin liderlərinin iştirakı dünya ölkələrinə həm nümunə olmalı, həm də bir mesaj olmalıdır ki, türk dünyası birdir, birlikdədir və heç bir zamanda ayrılmazlar”.

Şəhər sakini Aliyə Alışova: “Mənim 71 yaşım var. Türkçüyəm, azərbaycanlıyam, azərbaycanlı qanını daşıyıram. Vətənimi, dövlətimi, dövlət başçımızı sevirəm. Allahdan bir arzum var ki, o günü mənə göstərsin, düzdü bəlkə də görə bilməyəcəm amma siz gənclər inşAllah Turan dövlətini görəcəksiniz. Bütün türk dövlətlərinin birliyi. Dünən mən televizordan Laçındakı Hava Limanının açılışını izləyəndə çox qürurlandım. Üç böyük dövlətin başçılarının çıxışları məni çox sevindirdi və qürurlandırdı. Onlar bir-birlərinə arxadırlar, dayaqdırlar. Həmin çıxışda ən çox bəyəndiyim yer isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan şeirini səsləndirməsi oldu. Bəzən siz jurnalistlər kimlərdənsə intervyu götürəndə deyirləre sizə danışa bilmərik, həqiqətən də bax bu məsələdə doğurdan da adam söz tapmır ki, danışa bilsin. Yenə deyirəm xoşbəxtəm ki, azərbaycanlıyam. İndi hansı xoş günləri yaşayırıqsa, gələcəkdə bundan da artıq gözəl günlər xalqımıza nəsib olsun”.

Paytaxt sakini Rüstəm Məmmədov: “Ölkəmizdə yeni hava limanlarının açılması biz gəncləri sevindirir. O cümlədən türk dünyasının birliyi bizi çox sevindirir. Biz fəxr edirik ki, əvvəlki illərlə müqayisədə türk dünyası bir-birinə yaxınlaşıb və birləşib. Bizlər hamımız bir yumruq olsaq, bütün dünyada öz gücümüzü, öz mövqeyimizi qoruyub və saxlamış olarıq. Bizlər bunu dəfələrlə dünyaya sübut etmişik və bununda sonuncu nümunələrindən biri də, İkinci Qarabağ döyüşləridir. Həmin döyüşlərdə həm qardaş ölkəmiz olan Türkiyənin bizə dəstəyini, həm də digər bir qardaş olan ölkəmiz olan Pakistanın dəstəyini Azərbaycan hər zaman hiss etmişdi. Bu günlərdə də Pakistanın Hindistanla olan münaqişəsində biz Azərbaycan hər zaman Pakistana dəstək olacağıq. Mən özümdə ən qısa zamanda çalışacam ki, təyyarə ilə Laçına səfər edim və hava limanında olum”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 May 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri