Icma.az
close
up
RU
Yekaterinburq hadisələrinə paytaxt sakinlərinin BAXIŞI SORĞU

Yekaterinburq hadisələrinə paytaxt sakinlərinin BAXIŞI SORĞU

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Son zamanlar Rusiya Federasiyasının müxtəlif bölgələrində azərbaycanlılara qarşı baş verən zorakılıq, işgəncə və qəsdən qətl hallarının artması cəmiyyətimizdə dərin narahatlıq və hiddət doğurur. Bu hadisələr təkcə ayrı-ayrı vətəndaşların hüquqlarının pozulması deyil, həm də etnik-milli zəmində baş verən diskriminasiya nümunələri kimi qiymətləndirilməlidir. Bəs vətəndaşlarımız bu barədə nə düşünür? SİA bu mövzuda sorğu edib.

Şəhər sakini Esmira Əhmədova: "Heç kim sadəcə milliyyətinə görə bu cür rəftara layiq deyil. Biz azərbaycanlıyıq, amma ilk növbədə insanıq. Harada yaşamağımızdan asılı olmayaraq, hər bir insanın hüququ, həyatı və ləyaqəti qorunmalıdır. Bu, qanunun, vicdanın da tələbidir. Rusiyada yaşayan minlərlə azərbaycanlı illərlə həmin ölkənin inkişafında, iqtisadiyyatında, müxtəlif sahələrdə çalışaraq öz töhfəsini verib. İndi isə onların üzərinə haqsızlıqla, zorla, nifrətlə gəlmək nə insafdır, nə də qanunauyğundur.

Biz xalq olaraq bu haqsızlığa səssiz qala bilmərik. Bu cür hadisələrə qarşı səsimizi ucaldırıq, çünki susmaq razılaşmaq deməkdir. Biz tələb edirik ki, bu cinayətlərə dərhal hüquqi qiymət verilsin, günahkarlar cəzalandırılsın, haqsız yerə əziyyət çəkən vətəndaşlarımızın hüquqları bərpa olunsun. Bu məsələ təkcə dövlətin yox, həm də xalqın vicdan məsələsidir. Biz birlikdə olduğumuz müddətcə heç kim bizim haqqımızı tapdalaya bilməz".

Şəhər sakini Alla Roketianskaya: "Hazırda Azərbaycan ilə Rusiya arasında yaşanan gərginliklər və qarşılıqlı ittihamlar məni dərindən sarsıdır. Mən bu proseslərə qarşıyam və yaşanan hadisələr mənə mənəvi iztirab verir. Bu gərginliyin və düşmənçilik ritorikasının əsas səbəblərini anlamaqda çətinlik çəkirəm. Təəssüf ki, bu situasiyada siyasi qərarların nəticələrini sadə vətəndaşlar — yəni hər iki ölkənin sülhsevər insanları daşımalı olurlar.

Siyasi qarşıdurmaların dərinləşməsi nəticəsində həm azərbaycanlılar, həm də ruslar qarşılıqlı şəkildə günahlandırılır. Lakin bu yalnız cəmiyyətlərarası münasibətlərə mənfi təsir göstərir və tarixən bir yerdə yaşamış xalqlar arasında süni nifaq yaradır.

Qeyd etmək istəyirəm ki, mən burada Azərbaycanda — birinci və ikinci Qarabağ müharibələri zamanı da yaşamışam. Heç vaxt ölkəni tərk etməmişəm. Həmin dövrlərdə də ailəm buradaydı və biz bu prosesləri yerində müşahidə etmişik. Mən Azərbaycan xalqı ilə birgə həm ağrıya, həm də ümidlərə şahidlik etmişəm. Bu gün isə baş verənlərin mahiyyətini anlamaq çətindir".

Şəhər sakini Gülşən Seyidova: "Bu günlərdə eşitdiklərim, gördüklərim məni sarsıdıb. Rusiyada bizim millətin başına gətirilənlər adamın qanını dondurur. Günahsız insanlarımızı döyürlər, təhqir edirlər, öldürürlər. Və heç kim demir ki, bu niyə belə olur?

Sual verirlər: Niyə? Cavab verim: Çünki biz susmuşuq. Uzun illərdir biz soydaşlarımızın Rusiyada çəkdiyi çətinliklərə ya uzaqdan baxmışıq, ya da ümumiyyətlə baxmamışıq. İndi isə susmaq artıq mümkün deyil. Çünki bu, artıq dözülməz hal alıb.

O insanlar orada çörək dalınca gediblər. Hər birinin ailəsi var, körpəsi var, qocası var. Onlar cinayətkar deyillər, onlar sadəcə işləyib dolanmağa çalışan adamlardır. Amma indi onların başına gələnlər heç bir insana yaraşmaz".

Şəhər sakin Emin Ağabəyov: "Son vaxtlar Rusiyada azərbaycanlılara qarşı baş verən hadisələr bizi dərindən narahat edir. Bu, artıq tək-tək şəxslərin problemi deyil, bu bütöv bir xalqın üzləşdiyi hörmətsizlik və haqsızlıqdır. İnsanlarımız döyülür, alçaldılır, haqsız yerə günahlandırılır. Bunlar sadəcə xəbərlər deyil — bunlar ailələrin dağılması, anaların göz yaşları, övladların atasız qalması deməkdir.

Bizim xalq daim səbrli olub. Yad torpaqlarda da başını aşağı salıb, əziyyət çəkib, işləyib, halal çörəyi ilə dolanıb. Amma səbrin də sərhədi var. İnsan yalnız bir şey istəyir — ədalət! Biz ədalət tələb edirik. Nə artıq, nə əskik. Burada məsələ təkcə millət məsələsi deyil. Burada insanlıqdan, vicdandan danışırıq. İnsanlara sadəcə mənsubiyyətinə görə bu cür zülm etmək — bu nə dinə sığır, nə qanuna, nə də vicdana.

Mən bir vətəndaş kimi buradan deyirəm: biz səssiz qalmayacağıq. Biz bu haqsızlığa göz yummayacağıq. Biz bir-birimizin arxasında dayanmalıyıq. Təkcə hökumət yox, biz — xalq olaraq, bir-birimizə sahib çıxmalıyıq".

Şəhər sakini Fərid Bayramov: "Rusiyada baş verənləri eşidib susmaq olmur. İnsanlarımız əzilir, incidilir, övladlarımız təhqir olunur. Bir millət kimi bu bizi incidir. Amma gəlin bu olaylara bir az da dərindən baxaq.

Bu baş verənlər təkcə bir ölkədə yaşayan azərbaycanlılara qarşı deyil, ümumilikdə zəif görünən, sahibsiz sayılan hər bir insana qarşı olan münasibətdir. Bu, sistemli ayrı-seçkilik, biganəlik və laqeydlikdir. Və bəli, bu bizə bir dərsdir.

Biz illərlə deyirdik ki, “orada iş var”, “orada pul var”, “orada imkan var”. Amma bu hadisələr göstərdi ki, pulun, imkanın yanında qürur, təhlükəsizlik, dəyər də lazımdır. İnsan yalnız qazancı ilə deyil, eyni zamanda ləyaqəti ilə yaşamalıdır".

Şəhər sakini Süleyman Məmmədov: "Bu haqsızlıq qarşısında biz bir millət kimi susmamalıyıq. Hökumət səviyyəsində, ictimai səviyyədə, media səviyyəsində bu məsələyə ciddi reaksiya verilməlidir. Çünki susmaq, başqasına bizi əzməyə icazə verməkdir.

Bu baş verənlər bir daha bizə göstərdi ki, güclü olmaq üçün yalnız pulla deyil, birliklə, həmrəyliklə, daxili güclə silahlanmaq lazımdır. Biz bir yerdə olduğumuz zaman bizi heç kim aşa bilməz.

Unutmayaq: bu gün Rusiya, sabah başqa ölkə… Amma biz hər yerdə özümüzü qorumalı, bir-birimizə sahib çıxmalıyıq. Allah bütün zərərçəkən soydaşlarımıza səbir versin. Və bizə — ayılmaq, düşünmək və bir olmaq gücü versin".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 İyul 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri