Icma.az
close
up
RU
Laçın sakini Məşğulluq Agentliyindən ona ayrılan işin başqasına satıldığını İDDİA EDİR ŞİKAYƏT

Laçın sakini Məşğulluq Agentliyindən ona ayrılan işin başqasına satıldığını İDDİA EDİR ŞİKAYƏT

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Laçın rayon sakini, hazırda Ağcabədi rayonunda məskunlaşan keçmiş məcburi köçkün İbrahimova Xəyalə Uğurlu  qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Məşğulluq Agentliyi tərəfindən ona iş göndərişi verilsə də, Laçın Rayon Kommunal Müəssisələri Kombinatının rəhbəri Səyyaf müəllim (soyadını dəqiqləşdirə bilmədik - müəl.) onun işini başqasına "satır":

"Mən, İbrahimova Xəyalə Uğurlu qızı, 2020-ci ildən Ağcabədi rayonunun Məşğulluq Agentliyində iş növbəsindəyəm. Agentlik tərəfindən 2 dəfə mənə iş təklif olunsa da, Laçın Rayon Kommunal Müəssisələri Kombinatının rəhbəri Səyyaf müəlim mənim adıma gələn işi başqa bir adama satmışdır.

4 ay sonra yenidən Agentlik iş təklif etsə də, Səyyaf müəllim bu dəfə də öz işguzar əməlini yerinə yetirərək, vakansiyanı satmışdır.

Qeyd edim ki, yoldaşım xəstədir, himayəmdə 3 azyaşlı uşaq var. Hər dəfə Məşğulluq Agentliyi iş üçün Səyyaf müəllimin idarəsinə göndərsə də, “məndə belə bir məlumat yoxdur", - deyib, bizi geri göndərir.

Hazırda işsizəm. Sosial şəbəkələr üzərindən səlahiyyətli qurumlara müraciət etmişəm. Lakin cavab ala bilmirəm. Xahiş edirəm, rüşvətxor Səyyaf müəllim haqqında tədbir görülsün". 

Məsələ ilə bağlı Dövlət Məşğulluq agentliyinin mətbuat xidmətindən bildirdilər ki, Ağcabədi rayonunda yaşayan İbrahimova Xəyalə Uğurlu qızının müraciəti araşdırılıb: "Vətəndaş məşğulluq sistemində qeydiyyatdadır. Qarabağ Regional Məşğulluq filialı tərəfindən cari ilin may, sentyabr və oktyabr aylarında Laçın Rayon Kommunal Müəssisələri Kombinatında münasib vakansiya üzrə göndərişlər verilib. Sentyabr ayında verilən göndəriş üzrə vətəndaş işəgötürənlə görüşdə iştirak etməyib. Digər iki halda isə işəgötürən tərəfindən  Xəyalə İbrahimovanın vakansiyaya uyğun olmadığı bildirilərək işə qəbulundan imtina edilib. Qeyd edək ki, Qarabağ Regional Məşğulluq filialının Ağcabədi rayon xidmət şöbəsi tərəfindən Xəyalə İbrahimovaya başqa vakansiyalarla tanış olması təklif olunsa da qəbul etməyib".

Jalə FAMİLQIZI

Hurriyyet.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 14 Oktyabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see194

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see136

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri