Icma.az
close
up
RU
Laçın Şəhəri Günü: şanlı Zəfər və Böyük Qayıdış rəmzi

Laçın Şəhəri Günü: şanlı Zəfər və Böyük Qayıdış rəmzi

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

26 Avqust – Laçın Şəhəri Günü Azərbaycan xalqının yaddaşında Zəfər və qayıdış rəmzi kimi xüsusi yer tutur. Bu tarix bir tərəfdən Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsini, digər tərəfdən isə uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıdışını və burada yeni həyatın qurulmasını ifadə edir.

Bu gün Laçına nəzər saldıqda onun simasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi böyük quruculuq strategiyasının nəticələrini görmək mümkündür. Şəhərin bərpası, yeni yaşayış məhəllələrinin yaradılması, müasir nəqliyyat infrastrukturunun qurulması, yaşıl enerji layihələrinin həyata keçirilməsi, sənaye və turizm obyektlərinin yaradılması Laçının gələcəyinin tamamilə yeni əsaslar üzərində qurulduğunu nümayiş etdirir.
Laçın tarixən Azərbaycanın mühüm yaşayış məkanlarından biri olub. 1923-cü ildə Abdallar kəndinin Laçın adlandırılaraq şəhər statusu alması, 1930-cu ildə isə rayonun inzibati ərazi vahidi kimi təşkil edilməsi şəhərin müasir inkişaf tarixinin əsas mərhələlərindəndir. Rayonun coğrafi mövqeyi, dağlıq relyefi, zəngin meşələri, yaylaqları və su ehtiyatları onun strateji və iqtisadi əhəmiyyətini artırıb. Laçın həm də Qarabağ və Şərqi Zəngəzurun bir sıra əraziləri arasında mühüm coğrafi mövqeyə malikdir. Lakin 1992-ci il mayın 18-də Laçının işğal edilməsi nəticəsində rayonun əhalisi doğma torpaqlarından didərgin salındı, şəhər və kəndlər dağıdıldı, sosial-iqtisadi infrastruktur məhv edildi. İşğal illərində Laçının yalnız maddi irsinə deyil, tarixi və mədəni kimliyinə də zərər vuruldu. Coğrafi adların dəyişdirilməsi, təbii sərvətlərdən qanunsuz istifadə və qanunsuz məskunlaşdırma cəhdləri bu siyasətin tərkib hissəsi oldu.
2020-ci il Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər Laçının taleyində dönüş nöqtəsi oldu. 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Bu hadisə yalnız ərazi deyil, siyasi və mənəvi baxımdan da böyük əhəmiyyət daşıyırdı. Laçının azadlığı uğrunda döyüşən hərbçilərin göstərdiyi qəhrəmanlıq da dövlət tərəfindən yüksək qiymətləndirildi. 8418 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi.
26 avqustun Laçın Şəhəri Günü kimi müəyyən edilməsi şəhərin tarixində yeni mərhələnin başlanmasını simvolizə edir. Bu tarix hər il qeyd olunarkən həm Laçının işğaldan azad olunması xatırlanır, həm də şəhərin bərpası və inkişafı istiqamətində görülən işlərə nəzər salınır. Laçın Şəhəri Günü, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi dövlət siyasətinin nəticələrini nümayiş etdirmək üçün mühüm tarixi və ictimai platformaya çevrilib.
Yeni Laçın müasir şəhərsalma prinsipləri əsasında qurulur. Şəhərin inkişafını müəyyən edən Baş Plan əsasında yaşayış, sosial, iqtisadi və ictimai məkanların vahid sistem daxilində təşkili nəzərdə tutulur. Şəhərin planlaşdırılmasında “15 dəqiqəlik şəhər” prinsipinin tətbiqi sakinlərin gündəlik ehtiyac duyduğu xidmətlərə rahat çıxışını təmin etməyə yönəlib. Bu yanaşma Laçının gələcəkdə müasir, rahat və ekoloji baxımdan dayanıqlı şəhər kimi formalaşmasına xidmət edir.
Laçının bərpasının əsas məqsədlərindən biri insanların öz doğma torpaqlarına qayıtmasının təmin edilməsidir. 2023-cü il mayın 28-dən laçınlıların şəhərə qayıdışına başlanılması uzun illər davam edən məcburi köçkünlük dövrünün başa çatmasının mühüm göstəricisi oldu. 2026-cı ilin iyuluna qədər Laçın şəhərində 614 ailənin, yəni 2264 nəfərin daimi məskunlaşması təmin edilib. Zabux, Sus və Bəylik kəndlərində də yaşayış məhəllələri yaradılıb və sakinlərin mərhələli şəkildə doğma kəndlərinə qayıdışı həyata keçirilir. Böyük Qayıdışın mahiyyəti yalnız mənzillə təmin olunmaqdan ibarət deyil. İnsanların işləməsi, təhsil alması, tibbi xidmətlərdən yararlanması, sosial və mədəni həyata qoşulması üçün bütün zəruri imkanların yaradılması bu prosesin əsasını təşkil edir.
Laçının inkişafında sənaye və aqrar sahələrin dirçəldilməsi mühüm istiqamətlərdən biridir. Laçın Aqro-Sənaye Parkının yaradılması burada yeni istehsal müəssisələrinin fəaliyyət göstərməsinə və iş yerlərinin formalaşmasına imkan verəcək. Mebel, ayaqqabı, tikiş, prefabrik ev istehsalı və digər sahələrdə yaradılan müəssisələr artıq rayonun iqtisadi həyatının canlanmasına xidmət edir. İstehsal müəssisələrinin yaradılması, eyni zamanda Böyük Qayıdışın sosial-iqtisadi əsaslarını möhkəmləndirir. Çünki doğma yurda qayıdan insanların burada işləməsi və iqtisadi fəallığa cəlb olunması davamlı məskunlaşmanın mühüm şərtidir.
Laçında həyata keçirilən layihələr rayonun gələcəkdə regional inkişaf mərkəzinə çevrilməsi üçün zəmin yaradır. Laçın Beynəlxalq Hava Limanı şəhərin və ətraf ərazilərin nəqliyyat imkanlarını genişləndirir. Kəlbəcər-Laçın avtomobil yolu bölgədaxili əlaqələrin inkişafına xidmət edir. Enerji layihələri rayonun enerji təminatında rolunu artırır. 2026-cı ildə təməli qoyulan “Həkəriçay” su anbarı isə daha geniş regional əhəmiyyət daşıyır. Layihənin həyata keçirilməsi bir sıra rayonların içməli su təminatına mühüm töhfə verəcək. Beləliklə, Laçın artıq yalnız öz sərhədləri daxilində inkişaf edən rayon deyil. Rayon ərazisində yaradılan infrastruktur Qarabağ və Şərqi Zəngəzurun ümumi inkişaf sisteminin mühüm elementlərinə çevrilir.
Laçının bərpasını xarakterizə edən bütün layihələrin mərkəzində insan amili dayanır. Yeni evlərin tikilməsi, məktəblərin və bağçaların yaradılması, səhiyyə xidmətlərinin təşkili, iş yerlərinin açılması, yolların çəkilməsi və enerji təminatının yaxşılaşdırılması bir məqsədə – insanların doğma yurdlarında təhlükəsiz, rahat və layiqli həyat sürməsinə xidmət edir. Bu baxımdan Laçında aparılan quruculuq işlərinin ən böyük nəticəsi yeni binalar deyil, doğma yurda qayıdan insanların öz şəhərlərində gələcək qurmağa başlamasıdır.
Bu gün Laçının simasında Azərbaycanın Zəfərdən sonrakı inkişaf fəlsəfəsini aydın görmək mümkündür. İşğalın dağıtdığı şəhərin yerində müasir yaşayış məkanı qurulur, boşalmış kəndlərdə yenidən həyat canlanır, iqtisadi fəaliyyət genişlənir, yaşıl enerji istehsal edilir və yeni nəqliyyat əlaqələri yaradılır. Laçının gələcəyi yalnız bir şəhərin inkişafı ilə məhdudlaşmır. Bu şəhər Qarabağ və Şərqi Zəngəzurun yeni iqtisadi, sosial və mədəni xəritəsinin formalaşmasında mühüm rol oynayacaq. 26 Avqust – Laçın Şəhəri Günü məhz bu reallıqları özündə birləşdirir. Bu gün Zəfərin sevincini, tarixi ədalətin bərpasını, doğma yurda qayıdışı və yeni həyatın qurulmasını təcəssüm etdirir.
Laçın artıq Zəfərin yaratdığı yeni reallıqlar, Böyük Qayıdış və gələcəyə hesablanmış quruculuq ünvanıdır. Laçının tərəqqisi Azərbaycanın tarixində mühüm bir həqiqəti təsdiqləyir: torpaq yalnız azad edilməklə deyil, onun üzərində həyat yenidən qurulmaqla dirçəlir.

Asif Əsgərov
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri