Icma.az
close
up
RU
Laçın yeni güc mərkəzinin formalaşmasında adı keçəcək şəhərə çevrilir Deputat

Laçın yeni güc mərkəzinin formalaşmasında adı keçəcək şəhərə çevrilir Deputat

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Dünya mediasında Laçındakı üçlü Zirvəyə verilən reaksiyanı gördükdə adama elə gəlir ki, sanki burada söhbət güc mərkəzi kimi tanınan paytaxtlardan birində keçirilən tədbirdən gedir. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Sahib Alıyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, əslində elə reallıq da bundan ibarətdir ki, sovetlər dönəmində sıradan ucqar bir dağ qəsəbəsi kimi olan, işğal müddətində görkəmi ürək dağlayan Laçında bu gün beynəlxalq hava limanı fəaliyyət göstərir və o, gələcəkdə nəinki regionda ən çox turist axınının baş verəcəyi, eyni zamanda yeni güc mərkəzinin formalaşmasında adı keçəcək şəhərə çevrilir. 

"İşğaldan azad olunan torpaqlarda aparılacaq quruculuq prosesinə  ötən il 5,3 milyard manat vəsait ayrılmasa və görüləck işlərin ardıcıllığı önəmlilik dərəcəsinə görə dəqiq tərtib ediməsəydi, biz belə bir reallıqla üzləşə bilərdikmi, əlbəttə, yox!"

Onu da qeyd edib ki, Azərbaycanın Şərq Zəngəzurda hər cür təyyarəni qəbul edə bilən iki beynəlxalq hava limanının olmasını özləri üçün böyük təhlükə olaraq görənlər bilməlidirlər ki, bu yöndə atılan addımlar əslində həm də onların alətdən öz milli maraqlarından çıxış edə bilən dövlətə çevrilmələri üçündür. 

"Çünki Zəngəzurun o biri hissəsində konsulluq açanlar görəndə ki, regionla bağlı planları baş tutmayacaq onda Ermənistandan da alət kimi faydalanmaq təcrübələrinə son qoyacaqlar. Və burada sosial şəbəkədə hələ də  “bizə bu qədər hava limanı nəyə lazımdır və Şərqi Zəngəzur kimi kiçik bir yerdə birdən-birə onlardan ikisinin tikintisinə nə ehtiyac vardır” deyə boşboğazlıq edən USAİD muzdlularından soruşmaq istərdim, yaxşı bəs onda bəzi yırtıcı dövlətlər Zəngəzurun bizdən ədalətsiz olduğu qədər də tam qanunsuz şəkildə alınıb Ermənistana verilən hissəsində niyə konsulluqlar açmaqda bu qədər maraqlıdırlar".

Vurğulayıb ki, Qərbi Zəngəzur Ermənistanın 15 % ərazisini əhatə etdiyi halda orada ölkə əhalisinin  ancaq 4,7 faizi yaşayır:

"Maraqlıdır, hayların özlərinin qalıb yaşamaqda elə də həvəsli olmadıqları bir bölgəni yırtıcıların gözündə bu qədər dəyərli edən nədir ki, hamısı ora can atır. Qərbi Zəngəzurda konsulluq açır, “inşaatçı”, “mülük missiya”, “təlimçi” və sair adlar altında öz kəşfiyyat-diversiya qruplarını yerləşdirirlər. Sual təbii ki, ritorikdir".

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 İyun 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri