Icma.az
close
up
RU
Laçında akademik İsa Həbibbəylinin moderatorluğu ilə dəyirmi masa keçirilib

Laçında akademik İsa Həbibbəylinin moderatorluğu ilə dəyirmi masa keçirilib

525.az saytına istinadən Icma.az xəbər verir.

AR Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində keçirilən “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin tədbirləri çərçivəsində “Qarabağın təbii ehtiyatları” mövzusunda dəyirmi masa təşkil olunub.

525.az xəbər verir ki, tədbir AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin moderatorluğu ilə keçirilib.

Dəyirmi masada Azərbaycanla yanaşı Qazaxıstan, Özbəkistan və Rusiya alimləri də iştirak ediblər.

Tədbiri akademik İsa Həbibbəyli giriş sözü ilə açaraq qeyd edib ki, Prezident İlham Əliyevin Ali Baş Komandanlığında 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. AMEA rəhbəri “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işlərinin aparıldığını, eyni zamanda Azərbaycan elminin də 30 il sonra bölgədə tədqiqatlarını bərpa etdiyini söyləyib. AMEA rəhbərinin sözlərinə görə, Qarabağın 30 illik işğalı dövründə toplanması mümkünsüz olan məlumatlar indi sistemli şəkildə toplanır, tədqiqata cəlb olunur, elmi əsasları işlənib hazırlanır. Qarabağ və Şərqi Zəngəzurun təbii və iqtisadi potensialı barədə iştirakçılara məlumat verən akademik İsa Həbibbəyli yeni inkişaf dövrünü yaşayan bu bölgəyə xüsusi diqqət və qayğı göstərən ölkə başçısına dərin minnətdarlığını bildirib.

Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti professor Abdurazak Mirzoyev çıxış edərək təmsil etdiyi ölkənin təbii sərvətləri və faydalı qazıntıları haqqında ətraflı məlumat verərək Azərbaycanla elmi əlaqələrin inkişaf etdirilməsi barədə təkliflərini səsləndirib.

AMEA-nın müxbir üzvü Tələt Kəngərli Geologiya və Geofizika İnstitutu (aparıcı təşkilat), Elm və Təhsil Nazirliyinin və AMEA-nın tərkibinə daxil olan elmi müəssisələrin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı əsasında hazırlanmış, Azərbaycan, ingilis, rus dillərində nəşr olunan “Qarabağ və Şərqi Zəngəzur təbii ehtiyatlar atlası”nın strukturu, mövzuları, əhatə dairəsi və nəşrdə yer almış çoxsaylı xəritələr barədə ətraflı təqdimatla çıxış edib. O, “Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası”nın 30 illik işğaldan sonra azad olunan regionun elmi cəhətdən bərpası və inkişafı istiqamətində atılan mühüm addım olduğunu deyib.

Coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani “Qarabağın turizm-rekreasiya potensialı” adlı məruzə ilə çıxış edib. Tədqimatında təbiət abidələri, onların özəllikləri, qiymətləndirmə meyarları, təbiət abidələrinin pasportlaşdırılması yolları tədbir iştirakçılarına çatdırılıb. O, Qarabağın geoloji və geomorfoloji, hidroloji, florastik və faunastik abidələri barədə məlumat verib, xüsusi mühafizə olunan yerlər və onların turizm əhəmiyyətindən danışıb, təbiət abidələri əsasında turizm marşrutlarını göstərib. Təqdimatın sonunda Qarabağın turizm-rekreasiya potensialını əks etdirən 1:100000 miqyaslı xəritəsini təqdim edib.

“Qarabağ və Şərqi Zəngəzurun müasir landşaftlarının dinamikası” adlı məruzə ilə çıxış edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Səidə Zeynalovanın tədqiqatının məqsədi müasir landşaft komplekslərinin diferensiasiya qanunauyğunluqlarını müəyyən etmək və tədqiq olunan bölgənin ekoloji şəraitini qiymətləndirmək olub. 500-1200 m yüksəkliklər arasında olan 10 əsas sahədə aparılan tədqiqatlar nəticəsində bölgənin müasir landşaftlarının 1:100000 miqyaslı xəritəsi tərtib edilib. Bundan əlavə, Qarabağın və Şərqi Zəngəzurun ekoloji çərçivəsinin xəritəsi də təqdim olunub ki, burada tədqiqat aparılan ərazilərdə ekoloji çərçivənin özəyi, ekoloji dəhlizlər və bufer zonaları əks olunub.

Tədbirdə həmçinin Rusiya EA Geologiya İnstitutunun aparıcı elmi işçisi professor İrina  Natina, Azərbaycan Geoloji Kəşfiyyat Agentliyinin əməkdaşı Əli Əliyev, ETN Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, professor Vaqif Məmmədov, qazaxıstanlı professor Emil Bayramov məruzə və təqdimatlarla çıxış edərək bölgənin təbii ehtiyatları, faydalı qazıntıları, landşaft xüsusiyyətləri, su tədqiqatları və başqa mövzularda aparılan dəyərli elmi tədqiqatlar və perspektivlər barədə ətraflı məlumat veriblər.

Dəyirmi masa zamanı müxtəlif ölkələr arasında elmi əməkdaşlığın genişləndirilməsi və bu sahədə qlobal çağırışlara qarşı birgə yanaşmaların formalaşdırılması məsələləri müzakirə olunub.

Tədbirin sonunda akademik İsa Həbibbəyli yekun sözü ilə çıxış edərək tədbirin elmi əhəmiyyətini xüsusi vurğulayıb, bununla da yeni-yeni tədqiqatlar üçün geniş meydan açıldığını diqqətə çatdırıb.

Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti professor Abdurazak Mirzoyevə, qazaxıstanlı professor Emil Bayramova və Laçın şəhər 2 nömrəli orta məktəbin direktoru Sevinc Abbasovaya “Qarabağ və Şərqi Zəngəzur. Təbii ehtiyatlar atlası” hədiyyə edilib.
Sonda xatirə şəkli çəkdirilib.

Laçında akademik İsa Həbibbəylinin moderatorluğu ilə dəyirmi masa keçirilib

Laçında akademik İsa Həbibbəylinin moderatorluğu ilə dəyirmi masa keçirilib

Laçında akademik İsa Həbibbəylinin moderatorluğu ilə dəyirmi masa keçirilib

Laçında akademik İsa Həbibbəylinin moderatorluğu ilə dəyirmi masa keçirilib

Şəkil sayı: 4

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://525.az
archiveBu xəbər 10 İyun 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri