Icma.az
close
up
RU
Baba Vəziroğlunun qızı İsa Həbibbəylinin qızı ilə SƏHV SALINIB

Baba Vəziroğlunun qızı İsa Həbibbəylinin qızı ilə SƏHV SALINIB

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Tanınmış şair Baba Vəziroğlunun qızı Günay Məsimova mətbuata açıqlama ilə çıxış edib.

“Cebheinfo.az” xəbər verir ki, buna səbəb mətbuatda son zamanlar Günay Məsimova adının hallanmasıdır. Başqa sözlə, tanınmış şairin qızı ad-soyad oxşarlığına görə xoşagəlməz vəziyyətlə üzləşib:

“Mən Günay Məsimova. Atamın adı Baba Vəziroğlu, şair, yazıçı, yaradıcı insan. 

Özüm isə Bakı Təhsil Məlumat Mərkəzinin direktoru, xaricdə təhsil ilə məşğulam. Zəhmətkeş ailənin zəhmətkeş qızıyam, mənə aid olan hər şeyi özüm qazanmışam, necə ki atam, anam və bütün nəslim də belə edib.  Xaricdə, ölkə xarici və daxilində heç bir milyonum ya milyonlarım yoxdur, bütün İngiltərə, London səfərlərim iş xarakteri daşıyır. 

Bunları açıqlama səbəbim son günlər mediada Günay Məsimova adının hallanmasıdır. Eyni ad və soyadla başqa bir məmurun qızından söhbət getdiyi halda mənim və yoldaşımın şəkilləri media tərəfindən yayılır və insanların, hətta dost-tanışın müzakirələrinə səbəb olur.  Xəbərləri kopyalamaq yox, araşdırma aparmaq lazımdır. Gunay Masimova yazıb axtarış verərkən mənim adım çıxırsa, “məşhur atanın məşhur qızı” yazısını yazıb bizi ləkələmək üçün səbəb deyil.  Şükür ki, bizim məşhurluğumuz yalnız gözəl məşhurluqdur , şerlə, sənətlə, düzgün iş və əməllə”.

Xatırladaq ki, onun da barəsində 

Danışdığı Günay Məsimova Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin qızıdır.  Məlumata görə, Almaniyada Günay Məsimovaya məxsus bir milyondan çox xarici valyutada pul və qiymətli əşyalar oğurlanıb.

G.Məsimovaya məxsus seyfdə 790 000 ABŞ dolları (avro ekvivalentində), brilyantlar və 330 000 avro nağd pul olub. Bildirilir ki, pulları və qiymətli əşyaları Almaniyada yaşayan, Məsimovanın tanışı olan F.M. adlı şəxs oğurlayıb. O, pullarla birlikdə qaçmağa müvəffəq olub, lakin polis bəzi zinət əşyalarını aşkar edib və araşdırma başa çatana qədər müsadirə edib. Oğurlanan vəsaitin dəqiq məbləği hələ ki, rəsmi təsdiqini tapmayıb.

Xəzər
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Oktyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri