Laçında İkinci həyat sərgisi açılıb
Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.
Laçın şəhərində "İkinci həyat" sərgisi açılıb.
Newscenter.az xəbər verir ki, sərgi 26 avqust - Laçın Şəhəri Günü çərçivəsində Mədəniyyət Nazirliyi və Azərbaycan Prezidentinin Laçındakı xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə "Arts Council Azerbaijan" incəsənət platforması tərəfindən təşkil olunub.
Sərginin əsas konsepsiyası köhnə, zədələnmiş və istifadəyə yarasız xalçaların, xüsusilə də Qarabağ xalçalarının rəngkarlıq vasitəsilə yeni sənət əsərlərinə çevrilməsi təşəbbüsündən ibarətdir.
Qeyd edilib ki, peşəkar rəssamlar tərəfindən xalçalar üzərində yaradılan bu əsərlər toxuculuq sənətini müasir bədii baxışla özündə birləşdirir. Yaradılan sənət nümunələri Qarabağ, folklor, musiqi, analıq, eləcə də miqrasiya kimi mövzuları əhatə edir.
Layihənin əsas hədəfləri mədəni irsin canlandırılması, Azərbaycan təsviri sənətinin təbliği və ictimaiyyətdə ekoloji məlumatlılığın artırılmasıdır.
Sərgi xalçaların təkrar istifadəsinin təşviqi ilə yanaşı, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq istiqamətlərini ("Dayanıqlı şəhərlər və icmalar", "Məsuliyyətli istehlak və istehsal", "İqlim üzrə fəaliyyət") də ehtiva edir.
Nümayiş olunan əsərlər ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Arzu
Bu mövzuda digər xəbərlər:Laçında beynəlxalq incəsənət sərgisi açılıb
03 İyun 2025 19:52
Laçında Yusif Mirzənin “31 il sonra” sərgisi açılıb FOTOLAR
26 Avqust 2025 16:38
Laçında tikiş fabriki açılıb
29 May 2025 18:22
Laçında Novruz yarmarkası açılıb
18 Mart 2026 06:56
Milli Xalça Muzeyində “İkinci həyat” sərgisi açılacaq
07 Aprel 2025 16:05
Baxış sayı:50
Bu xəbər 26 Avqust 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















