Laçında “Qış möcüzəsi Laçın 2026” adlı silsilə bayram tədbirləri keçiriləcək
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Laçın, 26 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və “Laçın Abadlıq Xidməti” ASC-nin birgə təşkilatçılığı ilə Laçın şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Qış möcüzəsi – Laçın 2026” adlı silsilə bayram tədbirləri təşkil olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir proqramına əsasən, gün ərzində müxtəlif yaş qruplarını əhatə edən mədəni və əyləncəli proqramlar təqdim ediləcək. Saat 17-də Həkəri çayının sol kənarında yerləşən bulvarda “Qış nağılı” yarmarkası fəaliyyətə başlayacaq.
Axşam “Lacinema” kinoteatrında Həmrəylik Günü və Yeni ilə həsr olunmuş klassik vokal gecəsi, bulvarda “Yeni il möcüzəsi” adlı animasiya proqramı və DJ şou təşkil ediləcək.
Tədbirlər saat 21-də bulvarda baş tutacaq möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 26 Dekabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















