Lafont Qalatasaraya keçə bilər
Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qalatasaray"la müqaviləsi mövsümün sonunda başa çatacaq Fernando Muslera ilə bağlı qeyri-müəyyənlik davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı qolkiperin vətəni Uruqvaya qayıtmaq ehtimalı var.
"Qalatasaray" Musleranın gediş ehtimalını nəzərə alaraq qapıçı transferi üzərində işlərini davam etdirir.
"Sarı-qırmızılılar"ın siyahısında yer alan futbolçulardan birinin də "Nant"da çıxış edən Alban Lafont olduğu iddia edilir.
Fransa mətbuatında yer alan xəbərə görə, "Nant" bu yay 26 yaşlı futbolçu ilə yollarını ayırmağa hazırlaşır.
Bildirilib ki, “Nant” Lafont üçün gələcək transfer transfer təkliflərini qəbul etməyə hazırdır.
Cari bazar dəyəri 4 milyon avro olaraq göstərilən Lafontun "Nant" ilə hazırkı müqaviləsi 2027-ci ilə qədər davam edir.

