Lalə Azərtaş qəzaya düşən təyyarənin bələdçisi ilə görüşdü
Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Aparıcı Lalə Azərtaş Bakı–Qroznı reysini həyata keçirərkən qəzaya uğrayan Azərbaycan Hava Yolları sərnişin təyyarəsinin bələdçisi Aydan Rəhimli ilə bir araya gəlib.
Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında onun haqda fikirlərini bölüşüb.
“Efirdə də bu adı daşıyan möcüzə bir xanımdan danışdım. Onun cəsarətinə heyran qaldım, hətta sözün ən gözəl mənasında ona həsəd apardım. Çünki hər insan ağır bir təyyarə qəzasından sonra yenidən səmaya baxa bilməz. Aydan isə qorxusunu taleyinə çevirmədi. O, yenidən mavi səmalara qalxacaq qədər güclü olmağı bacardı.
Londona onun ilk səfəri, mənim isə Aydanın xidmət etdiyi təyyarə ilə ilk uçuşum idi. Bu uçuş boyunca mən yalnız peşəkar bir bələdçi yox, içində böyük iradə daşıyan bir insan gördüm.
Bəzən insanın ən böyük qələbəsi qorxmamaq deyil, qorxusuna baxmayaraq yenidən qanadlana bilməsidir… Aydan bunu bacaran güclü qızdır”.
Baxış sayı:124
Bu xəbər 14 May 2026 00:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















