Lamin Yamal Barselonanın ÇLdə Borussiya ilə matçda qazanılan qələbədən danışıb Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal komandasının Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı turunda Dortmund "Borussiya"sı ilə oyunda (3:2) əldə etdikləri qələbədən danışıb.
BAKU.WS UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, matçdan çox razı qaldığını bildirib.
"Oyundan çox razıyıq. Bu stadionda üç xal qazanmaq heç də qarantiya deyil. Bunun üçün çox çalışdıq və mükafatımızı aldıq. "Borussiya" işimizi çox çətinləşdirdi və həmişə bizə qarşılıq verdi. Nəticə bizim üçün çox vacibdir, çünki "Benfika" və "Atalanta" ilə iki çox çətin final matçımız var", - Yamal açıqlamasında qeyd edib.
Qeyd edək ki, "Barselona" Çempionlar Liqasının turnir cədvəlində ikinci yerdədir. "Borussiya" 9-cu yerdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 12 Dekabr 2024 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















