Lamin Yamal gənc fanatını sevindirib
"Barselona" və İspaniya millisinin üzvü Lamin Yamal İspaniya kubokunun 1/4 final mərhələsinin "Valensiya" ilə oyunundan sonra hərəkətləri ilə hər kəsi heyran edib. Sport24.az xəbər verir ki, gənc ulduz tribunada yer alan uşaq fanatlardan birini sevindirib.
Matçın sonunda Lamin üzərində "Lamin, zəhmət olmasa köynəyini mənə ver" yazılmış plakat tutan bir oğlan görüb və birbaşa onun yanına gedib.
Gənc futbol azarkeşinin istəyini reallaşdıran Lamin yerindəcə futbolkasını ona verib.
Qeyd edək ki, kataloniyalılar rəqibini 0:5 hesabı ilə məğlub etdiyi matçda qollardan birini Yamal vurub.
Baxış sayı:49
Mənbə:https://sport24.az