Laricani belə qətlə yetrilib... Onunla birlikdə 105 nəfər öldürülüb”
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
“Əli Laricani heç bir terror təşkilatı ilə əlaqəsi olmayan mülki siyasətçi idi”.
Bu sözləri tanınmış iranlı jurnalist Əli Əlizadə “Jedaal” tok-şousunda söyləyib.
Jurnalist həmçinin Laricaninin Tehranda necə öldürüldüyü barədə açıqlama verib.
“İsrail bu hücumları süni intellekt əsaslı “ağıllı müharibə”lərin bir növü kimi təqdim edir. Bildirmək istəyirəm ki, Laricaninin, bir gün sonra isə İsmayıl Xətibin (İranın kəşfiyyat və milli təhlükəsizlik naziri - red.) öldürülmə üsulunun “ağıllı müharibə” ilə heç bir əlaqəsi yoxdur.
Onun yerini müəyyən etmək üçün altı və ya yeddi yer seçilib və onların hamısı kor-koranə şəkildə bombardman edilib. Nəhayət, Laricani qızının evində, Tehranın kifayət qədər kasıb bir rayonunda qətlə yetirilib. Onunla birlikdə həmin ərazidə daha 105 nəfər öldürülüb”, - jurnalist söyləyib.
Əlizadənin sözlərinə görə, bombardman edilən digər yerlərin hər birində də təxminən eyni sayda adam öldürülüb. (“Qafqazinfo")
Baxış sayı:197
Bu xəbər 22 Mart 2026 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















