Icma.az
close
up
RU
Laricani niyə aradan qaldırıldı? “Kölgə fiqur”un gizli işi

Laricani niyə aradan qaldırıldı? “Kölgə fiqur”un gizli işi

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Əli Laricaninin ölümü teokratik İran üçün Qasım Süleymaninin ölümü qədər ciddi itki hesab oluna bilər. Süleymani birbaşa Xameneinin təlimatı ilə İranın “müqavimət oxu” adlandırdığı proksi qüvvələrin idarə edilməsi və coğrafiyasının genişləndirilməsini həyata keçirir, ümumilikdə Yaxın Şərqdə ABŞ və İsrailə qarşı siyasəti dizayn edirdi. Laricani isə həm ideolji, həm xarici siyasət sahəsində mühüm yer tuturdu.

Ölkə.Az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, ikisini birləşdirən əsas faktor Xameneiyə yaxın olmaları və birbaşa onun təlimatı ilə hərəkət etmələri idi. Süleymaninin ölümündən sonra Laricaninin proksi qüvvələrin idarə edilməsində də rolu güclənmişdi. 

Ekspertin fikrincə, rejim daxilində Laricaninin əleyhdarları vardı, xüsusilə SEPAH-la problemlər yaşadığına dair məlumatlar daha öncə mediaya sızıb: "Onun prezidentliyə namizədliyinin qeydə alınmaması, İbrahim Rəisinin dövründə kənarda qalması da bunun nəticəsi kimi qiymətləndirilirdi. Lakin o, hər zaman ideoloji, siyasi və hərbi qərarların qəbulunun mərkəzində olub.

Pezeşkianın gəlişi ilə idarəetmədə aktiv rol oynamağa başlayan Laricani Xameneinin ölümündən sonra müharibədə əsas həlledici fiqura çevrildi. Bunun səbəbi kimi onun Çin və Rusiya ilə diplomatik münasibətlərdə, eləcə də Yaxın Şərq siyasətində açar fiqura çevrilməsi, Xameneinin də belə bir missiyanı Laricaniyə həvalə etməsi görünür".

A.Nərimanlı vurğulayıb ki, praqmatist siyasətçi kimi tanınan Laricaninin post-Xamenei dövründə ABŞ və İsraillə anlaşma xətti tutacağı və İranın idarəçiliyini ələ alacağı gözləntiləri vardı: "Lakin o, gözləniləndən daha sərt xətt izlədi: müharibənin regional müstəviyə yayılması, ABŞ və İsraillə danışıqlardan imtina, habelə Hörmüz boğazının bağlanması və qlobal iqtisadi risklərin yaradılması".

Müharibə şəraitində ölkənin idarəetməsində “kölgə fiqur” kimi qiymətləndirilən Laricani bu siyasəti izlədi. Əslində o, Xameneinin ölümündən öncə vəsiyyətinə-təlimatlarına uyğun hərəkət edirdi. Müharibənin başlanmasından iki həftə sonra hədəf seçilməsində də radikal mövqeyinin həlledici olduğu ehtimalı var".

Ekspetin sözlərinə görə, Laricanin ölümü İranda rejimin dağılması, yaxud təslim olması demək deyil, lakin idarəetmədə ciddi boşluq yarada bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Mart 2026 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri