Icma.az
close
up
RU
Latviya nümayəndə heyəti Qarabağda

Latviya nümayəndə heyəti Qarabağda

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Azərbaycanla Latviya arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün ölkəmizdə səfərdə olan Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauzenin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa və Xankəndi şəhərlərində aparılan yenidənqurma işləri ilə tanış olublar.

“Cebheinfo.az” xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Azərbaycanın tarixi və qədim diyarı Şuşa şəhərinin mərkəzi meydanı, Şuşa xalça muzeyi, Aşağı Gövhərağa məscidi, Yeni Yaşayış Kompleksi və Cıdır düzündə olublar.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov səfər iştirakçılarına Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti ilə şəhərdə aparılan quruculuq işləri, tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verib.

Qeyd olunub ki, mədəniyyət paytaxtımızın bərpa və yenidənqurulması layihələri Şuşanın özünəməxsus memarlıq ənənələrinə və xalqımızın milli dəyərlərinə söykənir. Daha sonra nümayəndə heyəti Xankəndi şəhərində Zəfər parkı və Zəfər meydanında olublar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsləhətçisi Qasım İbrahimov qonaqlara qədim Azərbaycan torpağı olan Xankəndi şəhərinin uzun illər işğala, dağıntılara məruz qaldığı, artıq bir neçə ildir ki, işğal altında qalan bütün ərazilərin azad edildiyi, azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı yenidənqurma işlərinin aparıldığı barədə məlumat verib.

Qeyd olunub ki, Xankəndi şəhərində yaradılan Zəfər parkı Azərbaycan xalqının tarixi ədalətin bərpası və öz ərazi bütövlüyünün qorunması uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını və 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni əks etdirir.

Səfər iştirakçıları “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Xankəndi şəhərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə də əyani tanış olublar. 
Vurğulanıb ki, hazırda Şuşa və Xankəndinə olduğu kimi Azərbaycanın işğaldan azad olunmuş bütün ərazilərində bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Aprel 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see399

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see373

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see357

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see310

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see302

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see271

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see249

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see185

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see178

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri