Azərbaycanla qarşılaşacaq Latviya seçməsinin heyəti açıqlanıb
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Futzal üzrə DÇ-2028-in əsas mərhələsində Azərbaycanla qarşılaşacaq Latviya seçməsinin heyəti açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, yığmanın baş məşqçi Massimiliano Bellarten 15 futzalçıya dəvət göndərib.
Reyner Murneiks, İqor Labuts, Maksim Troiçki, Renard Udris, Nikita Yelaqov, Edqar Tarakanov, Vlad Rimku, Viktor Kulepov, Sergey Motil, Emil Atamanukov, Artyom Kozlovski, Andjey Mikeviç, Andrey Baklanov, Nik Edyus Berzin millinin heyətində yer alacaqlar.
Komandanın çalışdırıcısı Massimiliano Bellarten Azərbaycanla oyunla bağlı Latviya Futbol Federasiyasının mətbuat xidmətinə açıqlama verib:
"Azərbaycan millisi təcürbəli və güclü komandalardan biridir. Onların püşk zamanı ikinci səbətdə qərarlaşmaları təsadüfi deyil. Bu qarşılaşma bizim böyüməyimiz və uğur qazanmağımız üçün bir fürsətdi. Artıq yüksək səviyyəli yarışlara, seçmə oyunların təzyiqinə uyğunlaşmalıyıq. Biz iki il yarım əvvəl bir yola çıxdıq və qarşımıza məqsəd qoyduq ki, Latviyada futzalın səviyyəsini qaldıraq, yerli futzalçıları inkişaf etdirək, rəqabət aparacaq gücə malik milli komanda formalaşdıraq. Bu istiqamətdə işimizi davam etdiririk".
Qeyd edək ki, Azərbaycan – Latviya oyunu noyabrın 8-də, saat 20:00-da Bakı İdman Sarayında start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 06 Noyabr 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















