Icma.az
close
up
RU
Latviya parlamentində təklif olunan düzəlişlər anlaşılmazdır RƏY

Latviya parlamentində təklif olunan düzəlişlər anlaşılmazdır RƏY

Report.az saytına istinadən Icma.az xəbər verir.

Latviya Seyminin (parlament) İmmiqrasiya haqqında Qanununa Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin vətəndaşlarının ölkəyə daxil olmadan əvvəl səfərin məqsədi barədə məlumat verməli olduqlarını nəzərdə tutan düzəlişləri anlaşılmazdır.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

O bildirib ki, Azərbaycan vətəndaşlarının xarici xüsusi xidmət orqanlarına cəlb edilməsi ilə bağlı fikirlər absurddur:

“Latviya Seymi MBD ölkələrinin vətəndaşlarının bu ölkəyə səfəri barədə məlumat verməsini şərtləndirən İmmiqrasiya haqqında qanuna dəyişikliklər komissiyaların müzakirəsinə təqdim edilib. Milli təhlükəsizlik komissiyasının rəhbəri vurğulayıb ki, Rusiya və Belarus vətəndaşları üzərində müxtəlif dövlətlər heç bir yoxlama aparmır. Buna görə də MDB ölkələrinin vətəndaşlarına nəzarəti gücləndirmək lazımdır”.

Deputat bəyan edib ki, Latviya parlamentində təklif olunan bu düzəlişlər anlaşılmazdır.

Arzu Nağıyev

“Qanun layihəsinin annotasiyasında da qeyd olunub ki, MDB ölkələrinə daxil olan ölkələr təhlükəsizlik, iqtisadiyyat və mədəniyyət sahəsində Rusiya ilə sıx əlaqələri olduğundan Rusiyanın xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb oluna bilər. Bundan gələcəkdə Latviyada təxribat kimi istifadə oluna bilər”, - A.Nağıyev deyib.

Deputat qeyd edib ki, Seym və komissiya rəhbərləri bu məsələyə daha ciddi yanaşmalıdırlar:

“Burada söhbət MDB məkanından gedirsə, hər bir dövlət öz vətəndaşlarını konstitusiyada təsbit olunan hüquqlarını müdafiə edir. Azərbaycana Latviya vətəndaşları səfər edir. Bu məntiqlə biz də onları həm Avropa İttifaqı ölkələrinin xüsusi xidmət orqanları, həm də Fransa ilə əməkdaşlıq etmələrinə görə ittiham edə bilərik”.

A.Nağıyev vurğulayıb ki, Azərbaycan və Latviya arasında çox yaxşı münasibətlər hökm sürur, iqtisadi və siyasi baxımdan dinamik addımlar atılır. Onun fikrincə, buna görə də Seym və komissiya rəhbərləri bu məsələyə daha ciddi yanaşmalıdırlar.

Qeyd edək ki, yanvarın 16-da Latviya Seymi (parlament) Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin vətəndaşlarının ölkəyə daxil olmadan əvvəl səfərin məqsədi barədə məlumat verməli olduqlarını nəzərdə tutan İmmiqrasiya haqqında Qanununa düzəlişləri komissiyaların müzakirəsinə təqdim edib.

Qanun layihəsinin annotasiyasında göstərilib ki, Belarusun da dəstəklədiyi Rusiyanın Ukraynaya müdaxiləsindən sonra regionda kəşfiyyat və hibrid təhdidlərlə bağlı risklər artıb.

Annotasiyada, həmçinin qeyd olunur ki, Latviyada potensial risk yaradan şəxsləri müəyyən etmək üçün sərhəd-nəzarət məntəqələrində və avtomobil yollarında gücləndirilmiş yoxlamalar aparılır. Yoxlamalar zamanı kəşfiyyat fəaliyyətindən terrorizmə qədər mümkün təhdidləri müəyyən etmək üçün əcnəbilər qiymətləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://report.az
archiveBu xəbər 22 Yanvar 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri