Icma.az
close
up
RU
Latviya parlamentində Azərbaycanca çıxış: Fəxr edirəm ki, Azərbaycanlıyam VİDEO

Latviya parlamentində Azərbaycanca çıxış: Fəxr edirəm ki, Azərbaycanlıyam VİDEO

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan diasporu üçün qürurverici hadisə yaşanıb.

Modern.az-ın məlumatına görə, Latviya Seyminin deputatı, soydaşımız Amil Səlimov həmin ölkənin parlamentində çıxışı zamanı Azərbaycan dilində danışıb. 

A.Səlimov Azərbaycan və türk dillərinin dünyada geniş yayıldığını və ana dilində danışmağın təbii bir haqq olduğunu vurğulayıb.

“Mən fəxr edirəm ki, azərbaycanlıyam. (Azərbaycan dilində - red.). İndi mən nə etməliyəm? Tutaq ki, bizə Azərbaycan və ya Türkiyənin səfiri gəlsə, bəs mən onlarla onların dilində danışmayımmı? Mən həm Türk, həm də Azərbaycan dilində danışa bilirəm, bununla qürur duyuram. İndi valideynlərim mənə zəng etsə, bəs mən onlarla Azərbaycan dilində danışmayım? Təşəkkür edirəm”

Amil Səlimovun bu cəsarətli addımı Latviya dil qanunlarına uyğun olmasa da, Azərbaycan dilinin təkcə ailə daxilində deyil, həm də ictimai və rəsmi platformalarda səslənməsinin vacibliyini göstərir.

Xarici ölkələrdə yaşayan azərbaycanlıların parlamentlərdə, rəsmi qurumlarda təmsil olunması milli kimliyimizin qorunmasına və Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasına böyük töhfə verir.

Hər iki valideyni azərbaycanlı olan Amil Səlimov 1985-ci ildə anadan olub. O, ötən il Latviya parlamentinə deputat seçilib. Soydaşımız parlamentdə “Sabitlik!” siyasi partiyasını təmsil edir. O, həmçinin Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə əlaqələndiricisi olub.

Könül Fətullayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Fevral 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri