Latviyalı nazir: “Caspian Agro” sərgisinin iştirakçıları Azərbaycan məhsullarının geniş çeşidi ilə tanış olmaq imkanı əldə edirlər
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 13 may, AZƏRTAC
Bu sərgi fermerlər üçün böyük əhəmiyyət kəsb edir və aqrar sahədə çalışanlara başqa ölkələrin nümayəndələri ilə müzakirə platforması yaradır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Latviyanın kənd təsərrüfatı naziri Armands Krauzna “InterFood Azerbaijan” 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi və “Caspian Agro” 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri çərçivəsində deyib.
Latviyalı nazir bildirib: “İnanıram ki, “Caspian Agro”nun əsas elementlərindən biri həm də sərginin bütün iştirakçılarının Azərbaycan məhsullarının çeşidləri ilə tanış olmaq, onları dadmaq və istehsal prosesini görmək imkanına malik olmasıdır. Sizdə çox yaxşı kənd təsərrüfatı məhsulları var, mən hər səfərimdə özüm də onları sınaqdan keçirirəm. İstərdim ki, Latviyada daha dadlı kənd təsərrüfatı məhsulları olsun. Bakı sizin səfər edəcəyiniz lazımlı bir məkandır, burada məhsulların ticarəti ilə məşğul olan, beləliklə də əməkdaşlıq qura biləcəyiniz firma və ya şirkət tapmaq olar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 13 May 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















