Lavrov: AŞ qeyriqanuni tribunallar yaradır
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
"Avropa Şurası ABŞ-ın tapşırığı ilə Rusiyaya qarşı qeyri-qanuni tribunal yaradıb".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov 2024-cü ilin diplomatik fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında danışıb.
Lavrov bildirib ki, ABŞ rəsmiləri Avropa Şurasının üzvü olmasa da, müşahidəçi statusundadırlar.
"Avropa Şurasının hazırda gördüyü işlər – qeyri-qanuni tribunal yaratmaq, reyestrlər tərtib etmək və Rusiyanı cəzalandırmaq üçün kompensasiya mexanizmləri qurmaq – bütün bunlar ABŞ-ın tapşırığı ilə həyata keçirilir", – deyə Lavrov vurğulayıb.
Mətbuat konfransı zamanı Lavrov həmçinin qeyd edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp NATO rəhbərliyinin təhlükəsizliklə bağlı sənədlərdə yalan danışdığını etiraf edən ilk Qərb siyasətçisidir. Lavrovun sözlərinə görə, ABŞ və müttəfiqləri ATƏT məkanında dominantlıq etməyəcəklərinə dair vədlər versələr də, bu öhdəliklərə əməl etməyiblər.
Nuriyyə Musayeva
Baxış sayı:143
Bu xəbər 14 Yanvar 2025 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















