Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

20 oktyabr 2020 ci il tarixində şanlı Zəfərimizin Zəngilan səhifəsi yazıldı

20 oktyabr 2020 ci il tarixində şanlı Zəfərimizin Zəngilan səhifəsi yazıldı

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimiz ölkəmizin çoxəsrlik dövlətçilik tarixində yeni bir mərhələnin əsasını qoydu. Bu möhtəşəm Qələbə yalnız torpaqlarımızın azad edilməsi deyil, eyni zamanda, milli kimliyimizin, mədəni irsimizin və tarixi yaddaşımızın yenidən bərpası oldu. Bu kontekstdə Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ideoloji, siyasi və strateji əhəmiyyət kəsb edən, gələcəyə yönəlmiş mühüm bir çağırış kimi dəyərləndirilir. Hər bir şəhərin azad olunduğu tarixin Şəhər Günü kimi qeyd edilməsi bu ərazilərin əbədi və əzəli sahibinə qovuşduğunu beynəlxalq aləmə bir daha bəyan edir. Azad edilmiş şəhərlərdə reallaşdırılan "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, beynəlxalq hava limanları, modern infrastruktur və yaşıl enerji zonaları Azərbaycanın gələcəyə baxışının göstəricisidir.Şəhər günlərinin qeyd edilməsi nəhəng quruculuq işlərinin hesabatı, gələcək inkişaf hədəflərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin sözügedən Sərəncamına əsasən, 20 oktyabr Zəngilan Şəhəri Günüdür. Vətən müharibəsinin hər günü Azərbaycan Ordusunun qəhrəmanlığının, şücaətinin təqdimatıdır. Silahlı Qüvvələrimiz 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Oktyabrın 20-də Prezident İlham Əliyev xalqa növbəti müraciətində "Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram... Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Çünki təkcə orada qurulmuş istehkamlar deyil, eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də ermənilər üçün daha sərfəlidir. Çünki biz indi həm onların istehkamlarına, onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda, təbii relyefə qarşı vuruşmalıyıq və torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik" söyləyərək xalqımızın səbirsizliklə gözlədiyi yaşayış məntəqələrinin azad edilməsi haqqında məlumatı çatdırdı. Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad edilmiş kəndlərini qeyd etməklə yanaşı, bu çağırışı da etdi ki, şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub və yaşayış məntəqələrinin azad olunması təmin edilib: "Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!"Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.Milli Məclisin deputatı qeyd edib ki, Zəngilan rayonu işğaldan azad edildikdən sonra genişmiqyaslı bərpa, yenidənqurma və Böyük Qayıdış prosesi ilə müasir inkişaf və dirçəliş dövrünü yaşayır. Zəngilan azad edilmiş ərazilərimizdə icra olunan ilk pilot layihənin və Böyük Qayıdışın ilk ünvanıdır. Belə ki, bu gün Zəngilanın Ağalı kəndi dünyanın ən müasir kəndlərindən biri kimi diqqətdədir. İlk "ağıllı kənd" pilot layihəsi bu kənddə həyata keçirildi. Layihə çərçivəsində beynəlxalq təcrübəyə əsaslanaraq kənddə zəruri iqtisadi və sosial infrastruktur yaradıldı. Ağalı ağıllı kənd layihəsində yüksək keyfiyyətli ekoloji mühit əsas götürülmüş və enerjidən səmərəli istifadə edilməsi məqsədilə dayanıqlı enerji mənbələrinə üstünlük verilmişdir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan "yaşıl" texnologiyalar tətbiq edilmişdir. Bu kontekstdə, kəndin enerji təminatının dayanıqlığının təmin edilməsi üçün Həkəri çayı üzərində su elektrik stansiyası inşa edilmişdir. Əlavə olaraq inzibati binaların üzərində günəş panelləri quraşdırılmışdır. Kənddə yüksək sürətli internet şəbəkəsi mövcuddur. Əhalinin sosial rifahının rahat və yüksək səviyyədə təmin edilməsi üçün informasiya-kommunikasiya texnologiyalarından maksimum istifadə edilib. Burada 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər - "ASAN", DOST, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar.Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü ilin 30 oktyabr tarixində "Zəngilan şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"nı təsdiq edib. İnfrastruktura böyük vəsait ayrılıb və hazırda rayonda bir neçə yaşayış layihəsi icra edilməkdədir. Zəngilan şəhərində təməli 2022-ci ildə qoyulmuş 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə oldu. Zəngilan şəhəri tarixi Zəfərimizdən sonra Böyük Qayıdış Proqramı çərçivəsində sakinlərinə qovuşan sayca 10-cu şəhərdir. Prezident İlham Əliyev bu il may ayının 10-da bu rayona səfəri zamanı Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərinin fonunda bu çağırışı etdi ki, bütün bunlar ölkənin gücüdür: "Yenə də deyirəm, hər şey planlı şəkildə aparılır. Biz çalışırıq ki, tezliklə keçmiş köçkünləri öz doğma vətənlərinə qaytaraq. Amma, eyni zamanda, hər şey elə qurulmalıdır ki, azad edilmiş ərazilər nəinki Azərbaycanda, dünyada nümunəvi olsun və bu da olacaq".Zəngilan Azərbaycanın mühüm nəqliyyat qovşaqlarından biridir. Rayon nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın və Şərqi Zəngəzurun mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Dəmir yolu xətti üzrə birinci mərhələnin böyük hissəsi tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınması həyata keçirilir. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir.Millət vəkili bildirib ki, azad edilmiş ərazilərdə birinci kənd təsərrüfatı müəssisəsi - "Dost Aqropark" da məhz Zəngilanda yaradılıb. Layihə tam başa çatdırıldıqda kompleksdə 500 nəfər işlə təmin olunacaq. Rayonda görülən işlər bunlarla bitmir. Son 6 ildə dövlət başçısı İlham Əliyevin Zəngilan rayonuna 15-ə yaxın səfəri olub. Bu səfərlərə diqqət yetirdikdə hər biri çərçivəsində Böyük Qayıdışa xidmət edən geniş miqyasda işlərin görüldüyünü görür və bundan böyük qürur hissi keçiririk. Onu da qeyd edək ki, 2023-cü ildə Zəngilan 2-ci Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyi etdi. Forum Zəngilan rayonunun timsalında işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaratdı. Bu günədək bu forumlar üç azad edilmiş ərazimizdə- Ağdam, Zəngilan və Xankəndi şəhərlərində keçirilib. Həmin tədbirlərdə öz növbəsində Azərbaycanın bu il Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına uğurla ev sahibliyi etməsini şərtləndirdi.Vüqar Rəhimzadə qeyd edib ki, bərpa-quruculuq işləri Böyük Qayıdış Proqramının icrasını sürətləndirir. Cari ilin 1 oktyabr tarixinə qədər Zəngilan şəhərində 84 ailə, 339 nəfər, Ağalı kəndində 234 ailə, 1017 nəfər, rayonun Məmmədbəyli kəndində isə 179 ailə, 903 nəfər məskunlaşıb. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin edilir. Sakinlərin məşğulluq problemlərinin həlli əsas hədəflər sırasındadır. 30 illik işğal dövründə dağıdılmış Zəngilanı hazırda müasir logistika mərkəzi kimi diqqətdə olan, müasirləşən, yeniləşən şəhər əvəzləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Oktyabr 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see288

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see281

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see270

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see263

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see263

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see261

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see260

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see255

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see251

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see248

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see234

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see232

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see229

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see224

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see222

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see222

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see219

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see214

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see212

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri