Icma.az
close
up
RU
Gəncədə yeni ixtira: addımla, eneji yarat Deyəsən, bundan sonra Gəncədə gəzmək təkcə

Gəncədə yeni ixtira: addımla, eneji yarat Deyəsən, bundan sonra Gəncədə gəzmək təkcə

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Deyəsən, bundan sonra Gəncədə gəzmək təkcə sağlamlığ yox, elektrik enerjisi də yaradacaq. Özü də nə işıq pulu ödəyəcəksən, nə də elektrik sayğacına baxacaqsan. Sadəcə, ayağını yerə basacaqsan, enerji yaranacaq!

Elə düşünməyin ki, xəyallarımızı işə salırıq, yaxud zarafat edirik. Xeyr, bu, reallıqdır. Nəsələ burasındadır ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələri maraqlı bir qurğu hazırlayıblar. Adını da qoyublar “Step Energy”, yəni “Addım enerjisi».

Deməli, insanlar həmin qurğunun üzərindən keçəndə ayaqlarının yaratdığı təzyiq elektrik enerjisinə çevrilir. Yəni sən öz işində olursan, yolunu gedirsən, ayağının altındakı qurğu isə elektrik istehsal edir.

Qurğu artıq universitetin həyətində quraşdırılıb. Səkinin altına yerləşdirilən xüsusi mexanizmlər insan addımlarınının yaratdığı hərəkətdən enerji əldə edir. Həmin enerjidən isə işıqlandırmada istifadə olunması planlaşdırılır.

Layihənin texniki göstəricilərinə gəldikdə, qurğunun müxtəlif prototipləri 7–25 və 15–40 vatt güc göstəricilərinə malikdir. Üstəlik, sistemi genişləndirmək, daha çox enerji əldə etmək də mümkündür.

İşin ən maraqlı tərəfi isə budur ki, tələbələr bu yeniliyi gələcəkdə şəhərin adam çox olan yerlərində də tətbiq etməyi düşünürlər.

Təsəvvür edin, Gəncənin ən gur küçələrindən birində hamı gedib-gəlir. Biri işə tələsir, biri bazarlığa çıxıb, biri də sadəcə gəzir. Hamısı da bilmədən elektrik istehsalına öz töhfəsini verir!

ATU tələbələrinin bu təşəbbüsü həm maraqlı, həm də faydalıdır. Gənclər göstərirlər ki, universitetdə öyrəndiklərini yalnız imtahan vərəqində deyil, real həyatda da tətbiq etməyi bacarırlar.

İndi qalır bu ideyanın daha da inkişaf etdirilməsi və şəhər mühitində sınaqdan keçirilməsi.

Bir sözlə, ATU tələbələri sübut etməyə çalışırlar ki, enerji əldə etmək üçün bəzən böyük elektrik stansiyası yox, ağıllı ideya və bir cüt hərəkətli ayaq da köməyə gələ bilər!

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri
Gəncə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Oktyabr 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see477

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see452

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see386

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see380

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see355

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see349

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see339

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see339

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see334

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see330

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see314

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see288

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see286

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see272

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see260

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see236

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see231

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see228

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see207

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri