Lavrov Leyeni “Fürer Ursula” adlandırdı
Icma.az, Axar.az saytına istinadən bildirir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Komissiyasının sədri Ursula fon der Leyeni Avropanı hərbiləşdirmək üçün səfərbər olan “Fürer Ursula” adlandırıb.
Axar.az xəbər verir ki, Lavrov bu barədə amerikalı blogerlər Mario Naufal, Larri Conson və Endryu Napolitanoya müsahibəsində deyib.
“Ukrayna rejimi konstitusiyaya NATO üzvlüyünü daxil edəndə, eyni zamanda milli azlıqlar üçün təminatları qoruyanda vəziyyət dəyişdi. Onlar bəyan etdi ki, NATO və AB Ukraynanın gələcəyidir. Onlar bu barədə ilk dəfə danışmağa başlayanda AB hələ də müəyyən iqtisadi birləşmə görünüşünü saxlayırdı, indi isə bu xüsusiyyətini tamamilə itirib. “Fürer Ursula” hamını Avropanın yenidən hərbiləşdirilməsi üçün səfərbər edir”, - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 12 Mart 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















