Icma.az
close
up
RU
Lavrov mesajları ilə qonşu ölkələri qorxutmağa çalışır

Lavrov mesajları ilə qonşu ölkələri qorxutmağa çalışır

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Cənubi Qafqaz və Mərkəzi Asiya Rusiyanın təsir dairəsindən çıxır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran Dövlət Televiziya və Radio Yayımları Korporasiyasına verdiyi müsahibədə Qərb ölkələrini regionda qərarlarını diktə etmək üçün "Xəzər beşliyi"ni parçalamaq niyyətində olmaqda günahlandırıb. Onun sözlərinə görə, Qərbin yanaşması müstəmləkə, neokolonial siyasətin tamamilə birmənalı davamıdır: "Bunun mahiyyəti ondan ibarət idi ki, Qərb həmişə başqalarının hesabına yaşamaq istəyib. Eyni şeyi Xəzər regionunda da görürük. Qərb indi öz planlarını hazırlayır, "Xəzər beşliyini" parçalamağa və Xəzəryanı dövlətlərin konsensusundan faydalanmayacaq qərarlar qəbul etməyə çalışır".

Politoloq Elxan Şahinoğlu Sherg.az-a deyib ki, Kreml Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqil siyasətlərindən narahatdır. Onun sözlərinə görə, Sergey Lavrovun açıqlaması məhz bundan xəbər verir:

"Rusiya rəsmiləri bir tərəfdən qonşu ölkələrin daxili işlərinə qarışmadıqlarını bəyan edir. Digər tərəfdən isə Lavrov kimilərin açıqlamaları vasitəsilə bunun tərsini "sübut" edirlər. Lavrovun mesajı Qərbdən çox bölgə ölkələrinə ünvanlanıb, Xəzərə sahili olan Azərbaycanı, Qazaxıstanı və Türkmənistanı qorxutmaq məqsədi daşıyır. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri qonşu ölkələrlə yanaşı ABŞ və Avropa İttifaqı ilə sıx əməkdaşlıqda maraqlıdırlar. Bu, həmin dövlətlərin, o cümlədən Azərbaycanın təbii haqqıdır. Mərkəzi Asiya ölkələri ABŞ və Avropa İttifaqı ilə 5+1 formatında əməkdaşlıq edirlər. Bu formatda keçirilən görüşlərin sayı artıb. Bu, Kremli narahat edir. Rusiyanın hakim dairələrində hesab edirlər ki, Vaşinqton və Brüssel bu yolla Cənubi Qafqazı və Mərkəzi Asiyanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışırlar. Burada həqiqət payı var. Vaşinqton və Brüssel istəmir ki, Rusiya qonşu ölkələrdə hegemon mövqelərə sahib olsun. Məsələ burasındadır ki, Cənubi Qafqza və Mərkəzi Asiyanın ölkələrinin özləri də Rusiyanın təsir alətlərindən qurtulmağa çalışırlar. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri bərabərhüquqlu əməkdaşlığa üstünlük verirlər. Bu isə Rusiyanın imperialist dairələrinin maraqlarına cavab vermir. Kremlin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi Rusiyaya qonşu ölkələri Moskvadan məsafə saxlamağa məcbur edib".

E.Şahinoğlu qeyd edib ki, Sergey Lavrovun vurğuladığı "Xəzər beşliyi" dənizə sahil ölkələrin müxtəlif mövzular üzrə əməkdaşlığını ehtiva edir:

"Bu, siyasi və ya hərbi blok deyil ki, başqa bir dövlət bunu parçalamağa çalışsın. Lavrovun vurğuladığı "Xəzər beşliyi"nin birliyinə zərər vuran varsa, bu, elə ilk növbədə Rusiyadır. Azərbaycan Prezidenti İlham Əliyev Xəzərdə ekoloji vəziyyətin ağırlaşdığı barədə dəfələrlə açıqlama verib. Xəzər dənizinin su səviyyəsi ildən-ilə azalır. Bunun isə əsas səbəbi Volqa çayından Xəzər dənizinə gələn su axınının süni surətdə azaldılmasıdır. Rusiya Volqa çayının sahilində elektrik stansiyaları tikib. Bu stansiyalar isə çayın Xəzərə axınının azalmasına səbəb olub. Bu baxımdan Xəzərdə su səviyyəsinin azalması Kremli o qədər də narahat etmir. Bunlar varkən, Lavrovun "Qərb Xəzər beşliyini parçalamağa çalışır" açıqlaması ikrah doğurur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Dekabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see263

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see253

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see240

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see233

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see231

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see219

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see208

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see191

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see186

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see179

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri