Icma.az
close
up
RU
Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır

Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran Dövlət Televiziya və Radio Yayımları Korporasiyasına verdiyi müsahibədə Qərb ölkələrini regionda qərarlarını diktə etmək üçün “Xəzər beşliyi”ni parçalamaq niyyətində olmaqda günahlandırıb. Lavrovun sözlərinə görə, Qərbin yanaşması müstəmləkə, neokolonial siyasətin tamamilə birmənalı davamıdır: “Bunun mahiyyəti ondan ibarət idi ki, Qərb həmişə başqalarının hesabına yaşamaq istəyib. Eyni şeyi Xəzər regionunda da görürük. Qərb indi öz planlarını hazırlayır, “Xəzər beşliyi”ni parçalamağa və Xəzəryanı dövlətlərin konsensusundan faydalanmayacaq qərarlar qəbul etməyə çalışır”.

Axar.az xəbər verir ki, bu sözləri bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“Kreml Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqil siyasətlərindən narahatdır. Sergey Lavrovun açıqlaması məhz bundan xəbər verir. Rusiya rəsmiləri bir tərəfdən qonşu ölkələrin daxili işlərinə qarışmadıqlarını bəyan edir, digər tərəfdən isə lavrovkimilərin açıqlamaları vasitəsilə bunun tərsini “sübut” edir. Lavrovun mesajı Qərbdən çox bölgə ölkələrinə ünvanlanıb, Azərbaycanı, Qazaxıstanı və Türkmənistanı qorxutmaq məqsədi daşıyır.

Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri qonşu ölkələrlə yanaşı ABŞ və Avropa Birliyi ilə sıx əməkdaşlıqda maraqlıdırlar. Bu, həmin dövlətlərin, o cümlədən Azərbaycanın təbii haqqıdır. Mərkəzi Asiya ölkələri ABŞ və Avropa Birliyi ilə 5+1 formatında əməkdaşlıq edirlər. Bu formatda keçirilən görüşlərin sayı artıb. Bu, Kremli narahat edir.

Rusiyanın hakim dairələri hesab edirlər ki, Vaşinqton və Brüssel bu yolla Cənubi Qafqazı və Mərkəzi Asiyanı Rusiyanın təsir dairəsindən çıxarmağa çalışırlar. Burada həqiqət payı var. Vaşinqton və Brüssel istəmir ki, Rusiya qonşu ölkələrdə hegemon mövqelərə sahib olsun.

Məsələ burasındadır ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin özləri də Rusiyanın təsir alətlərindən qurtulmağa çalışırlar. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri bərabərhüquqlu əməkdaşlığa üstünlük verirlər. Bu isə Rusiyanın imperialist dairələrinin maraqlarına cavab vermir. Kremlin Ukraynaya qarşı işğalçı müharibəni davam etdirməsi Rusiyaya qonşu ölkələri Moskvadan məsafə saxlamağa məcbur edib”, - o bildirib.

Politoloqun sözlərinə görə, ABŞ və Avropa Birliyinin Cənubi Qafqaz və Mərkəzi Asiyada fəallaşmasının səbəblərindən biri də Çinin bölgədə artan iqtisadi gücünü neytrallaşdırmağa çalışmasıdır:

“Çinin bölgəyə yatırımları artmaqda davam edir. Bunun siyasi risklərini hesablayan Qərb ölkələri Cənubi Qafqaz və Mərkəzi Asiyaya yatırımlarının artırılması barədə düşünürlər.

Sergey Lavrovun vurğuladığı “Xəzər beşliyi” sahilyanı ölkələrin müxtəlif mövzular üzrə əməkdalığını ehtiva edir. Bu siyasi və ya hərbi blok deyil ki, başqa bir dövlət bunu parçalamağa çalışsın. Lavrovun vurğuladığı “Xəzər beşliyi”nin birliyinə zərər vuran varsa, bu, elə ilk növbədə Rusiyadır.

Azərbaycan Prezidenti İlham Əliyev Xəzərdə ekoloji vəziyyətin ağırlaşdığı barədə dəfələrlə açıqlama verib. Xəzər dənizinin su səviyyəsi ildən ilə azalır. Bunun isə əsas səbəbi Volqa çayından Xəzər dənizinə gələn su axınının süni şəkildə azaldılmasıdır. Rusiya Volqa çayının sahilində elektrik stansiyaları tikib. Bu stansiyalar isə çayın Xəzərə axınının azalmasına səbəb olub. Xəzərdə su səviyyəsinin azalması Kremli o qədər də narahat etmir. Bunlar varkən, Lavrovun “Qərb Xəzər beşliyini parçalamağa çalışır” açıqlaması ikrah doğurur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Dekabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri