Icma.az
close
up
RU
Qasımov: İran qonşu ölkələri təzyiq altında saxlamağa çalışır

Qasımov: İran qonşu ölkələri təzyiq altında saxlamağa çalışır

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“İran və Türkiyə arasında gərginlik nə zamansa üzə çıxmalı idi. Çünki müşahidələr göstərirdi ki, Yaxın və Orta Şərqdə İranın fəaliyyətinin bir qismi Türkiyə və onun maraqlarına qarşı yönəlib. O cümlədən İranın Türkiyə daxilində müəyyən fəaliyyətləri, xüsusilə PKK ilə əlaqələri, dəstəyi günün birində rəsmi Tehrana deyilməli idi. Bu baxımdan Türkiyənin reallıqları İranın diqqətinə çatdırması məntiqli və əsaslıdır”.
Bunu Reyting.az-a siyasi şərhçi Oqtay Qasımov son günlər İran və Türkiyə arasında yaranmış diplomatik gərginliyi şərh edərkən deyib.
O. Qasımov iddia edir ki, İranın Yaxın Şərqdə son 30-35 ildə həyata keçirdiyi siyasət həm bölgənin, həm də Türkiyənin əleyhinə yönəlib. Üstəlik, İran regionda özünə yaxın proksi qüvvələr yaratmaq və dəstəkləməklə onların vasitəsilə maraqlarını həyata keçirməyə, bölgə ölkələrini təzyiq altında saxlamağa çalışır. İranın bu siyasəti “Hizbullah”, HƏMAS, “Həşdi-Şəbi”, Yəmən husiləri və digər qüvvələrin timsalında müşahidə olunur.
Siyasi şərhçi xatırladıb ki, 2023-cü ildən başlayaraq İran tərəfindən dəstəklənən, silahlandırılan və “Müqavimət oxu” adı verilən qüvvələrin İsrail tərəfindən zəiflədilməsi prosesi başlayıb: “İsrail qüvvələri “Hizbullah” və HƏMAS-ın əsas kadrlarını sıradan çıxarmağa başladı və buna müəyyən mənada nail oldu. Bu da istər-istəməz İranın imkanlarını zəiflətdi”.
Müsahibimiz əlavə edib ki, İrana bağlı qüvvələrin zəiflədilməsinin ardınca Tehranın Yaxın Şərqdəki ən böyük dayaqlarından olan Əsəd rejimi devrilib: “Sözsüz ki, bu böyük hadisə idi və İranın nüfuzuna ciddi zərbənin vurulması anlamına gəlirdi. Xüsusilə, son 15 ildə Suriyada Rusiya ilə koordinasiyalı şəkildə Türkiyənin mənafelərinə əks davranış sərgiləyən İran son dövrlər Suriya daxilində “Ələvi” qruplaşmasını dəstəkləməklə bölücü fəaliyyətlə məşğul olur. Eyni zamanda Suriya ərazisində ABŞ və İsrail tərəfindən dəstəklənən PKK təşkilatı ilə təmasları mövcuddur. Türkiyənin əsas hədəfi olan və PKK-nın əsas qərargahı halına gətirilən Qəndil dağındakı terrorçuların aparıcı fiqurları ilə də İranın münasibətlərinin olması yeni məlumatlar deyil. Həmçinin Tehran İraqın Süleymaniyyə şəhərində Cəlal Tələbaninin tərəfdarları ilə əlqədədir, burada ABŞ və digər ölkələrlə bərabər PKK-nı dəstəkləyir”.
O. Qasımov qeyd edib ki, bu və digər səbəblər Ankaranın dilə gəlməsinə və İrana etiraz etməsinə səbəb olub:
“Vətəndaş müharibəsinin davam etdiyi Suriyada nəhayət Əsəd rejiminin tarixin arxivinə atılması və burada Türkiyənin önə çıxması Tehranı məmnun etmir. İran rəhbərinin üç ay əvvəl bəyan etdiyi kimi, onlar Suriya əhalisini yeni hökumətə qarşı qaldırmağın yollarını axtarırlar. Bu da bölgədə sabitliyin pozulmasına cəhd kimi qiymətləndirilməlidir. Bu səbəbdən də Türkiyə xarici işlər naziri Hakan Fidan məlum açıqlamanı yerində verib. Türkiyə tərəfinin bu açıqlaması faktiki olaraq İranın qonşuları və bölgədəki destruktiv fəaliyyətinə verilən qiymət idi”.
Müsahibimiz sonda əlavə edib ki, İran siyasətində dəyişikliklər etməlidir: “İran həm də Türkiyənin Güney Qafqazdakı maraqlarına qarşı çıxır, Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışır və bunu Türkiyəyə qarşı etdiyini açıq şəkildə bildirir. Nəhayət Türkiyə bu məqamları İranın nəzərinə çatdırır, Tehrana siyasətində dəyişikliklər etməyi, bölgədə gərginliyin yüksəldilməsindən əl çəkməyi tövsiyə edir”.
E. KAMAL
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 Mart 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri