Lavrov niyə erməni soyqırımı abidəsini ziyarət etmədi? İrəvanda müzakirə
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 2o-21-də Ermənistanda işgüzar səfərdə olub.
Modern.az xəbər verir ki, Lavrovun səfər zamanı qondarma “erməni soyqırımı” aibidəsini ziyarət etməməsi Ermənistan siyasi dairələrində müzakirələrə səbəb olub.
“Hraparak” yazır ki, hələ Lavrov hələ İrəvana gəlməzdən öncə Rusiya Xarici İşlər Nazirliyi səfər proqramını təqdim edən bəyanat yayıb. Bildirilib ki, “ənənəyə uyğun olaraq, naməlum əsgərin məzarının əbədi məşəli önünə gül dəstələri, “erməni soyqırımı” qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə isə əklil qoyulacaq”.
Dünən məlum oldu ki, “soyqırımı memorialı”na ziyarət səfər proqramından çıxarılıb: Lavrovun adından ora yalnız çələng göndərilib.
“Hraparak” ehtimal edir ki, ola bilsin ki, Lavrovun “erməni soyqırımı” abidəsini ziyarət etməməsi Ermənistan hakimiyyətinin tələbi və xarici işlər nazirinin razılığı ilə olub.
Rəsmi izahatda səfər proqramının dolu olması göstərilib. Rusiya Xarici İşlər Nazirliyi bunu naməlum əsgər abidəsini ziyarət edərkən çəkilmiş, arxa planda Ağrı dağı olan foto ilə kompensasiya etməyə çalışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 22 May 2025 09:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















