Icma.az
close
up
RU
İrəvan erməni soyqırımı abidəsini sökəcək? AÇIQLAMA

İrəvan erməni soyqırımı abidəsini sökəcək? AÇIQLAMA

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan 1905-ci ildə Anadoluda ermənilərə qarşı soyqrımı törədildiyinə dair illərdir, beynəlxalq səviyyədə təbliğat aparır. Bunun heç bir əsası olmasa da, bir sıra ölkələr qondarça "erməni soyqırımı"nı tanıyıblar.

Lakin 44 günlük müharibədən sonra Ermənistan hökumətinin məsələyə dair münasibəti müəyyən qədər dəyişilib. Belə ki, Ermənistan artıq Ağrı dağı simvolunu öz gerbindən çıxarıb, eləcə də Baş nazir Nikol Paşinyan "erməni soyqrımı" məsələsinin heç bir əhəmiyyətinin qalmadığını dilə gətirib.

Məsələn, Nikol Paşinyan bir müddət öncə İsrail baş naziri Benyamin Netanyahunun "erməni soyqırımı"nı tanımasına münasibət bildirib. O, avqustun 28-də hökumət brifinqində deyib ki, Netanyahunun açıqlamasının Ermənistan Respublikası, erməni millətinin maraqları ilə heç bir əlaqəsi yoxdur.

“Biz özümüzdən soruşmalıyıq: Biz istəyirikmi ki, erməni soyqırımının tanınması və ya tanınmaması bizim reallığımız, dövlətimizin maraqları və xalqımızın maraqları ilə heç bir əlaqəsi olmayan başqalarının əlində geosiyasi alver predmetinə çevrilsin? İstəyirikmi ki, soyqırımı təsadüfən və ya qarışıqlıq nəticəsində hansısa müsahibədə sadəcə səslənən bir ifadəyə çevrilsin? Mən istəmirəm ki, şəhidlərimizi belə bir vəziyyətə salaq. Təkrar edirəm, diqqətimizi dövlətimizin maraqlarına yönəltməliyik", - o bildirib. 

Növbəti mərhələdə İrəvandakı qondarma "soyqırımı abidəsi"nin sökülməsi gündəmə gələ bilər.

Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Ayrım Modern.az-a açıqlamasında bildirib ki, Ermənistan illərdir ki, "soyqırımı" məsələsi ilə bağlı beynəlxalq arenada çalışır:

“Təəssüf ki, bir sıra ölkələrin parlamenti “erməni soyqırımı”nı tanıyıb. Dünyanın bir çox yerlərində "erməni soyqırımı" qəbul edilib. Tarixi reallıq isə belə deyil. Bunu bizim mənbələrdə, böyüklərimizin dediklərində görmək mümkündür. Əksinə, soyqırımını həyata keçirənlərin ermənilər olduğu bildirilir. Qarsda kütləvi məzarlıqlar mövcuddur.
Ermənistanın bu məsələni gündəmdə tutması, sorğulaması vacibdir. Çünki Türkiyə ilə Ermənistan sərhədlərinin açılması Azərbaycanla normallaşma prosesinə bağlı olaraq, bu artıq an məsələsidir. Azərbaycanla anlaşdıqları halda Ermənistanla sərhədlərimiz açılar, ticarət başlayar. Bu sərhədlər əbədi bağlı qalmayacaq, bir gün açılacaq. Ermənistan ağlını başına toplamalı, sərhəd qonşuları Azərbaycanla Türkiyəyə öz xalqının rifahı, iqtisadi inkişafı üçün ehtiyacı olduğunu anlamalıdır”.

Ş.Ayrım vurğulayıb ki, gələcəkdə “erməni soyqırımı” abidəsinin sökülməsi üçün xalq maarifləndirilməlidir:

“Çünki erməni cəmiyyətində ciddi şəkildə milliyyətçilik var. İllərlə "türklər bizi kəsdi-doğradı, soyqırımı etdi" kimi propaqandalar yaydılar. Məsələnin əslini yeni nəslə, gənclərə başa salmaq lazımdır. Hər şey bir anda öz həllini tapa bilməz. Düşünürəm ki, zaman irəlilədikcə, bu kimi məsələlər öz həllini tapacaq. Regionun hüzura ehtiyacı var”.

Milli Məclisin komitə sədri Musa Quliyev deyib ki, İrəvandakı bədnam abidənin sökülməsinə vaxt lazımdır:

"İndidən o barədə düşünmək də mümkün deyil. Elə bir hərəkət etsə, Paşinyanın özünü o abidədən asarlar. O abidənin sökülməsi indiki məqamda real görünmür və yaxın illərdə də gözlənilmir. Türkə düşmənçilik ideologiyası ilə o millətin beynini elə zəhərləyiblər ki, oranı bəlkə də and yeri kimi qəbul edirlər. Amma istənilən halda sülh müqaviləsi imzandıqdan sonra siyasi, iqtisadi münasibətlər formalaşacaq. Bundan sonra gələn bir neçə nəsillər bu cür təbliğata məruz qalmasa, müəyyən dövrlərdən sonra münasibətlər yaxşılaşacaq. Bunun üçün bir neçə nəsil dəyişikliyinə ehtiyac var. 1918-ci il soyqrımının dəhşətlərini görən babalarımız erməniləri qəbul etməyib, onlara murdar, kafir deyiblər. Sovet tərbiyəsində böyümüş sonrakı nəsillər, xüsusilə Azərbaycan və Ermənistandan kənarda yaşayanlar normal münasibətlər qurmuşdular. Bir-birilə əbədi düşmən olan xalqlar yoxdur, bu mümkün də deyil. Düşmənçiliyin də aradan qaldırılması üçün illərlə səylər göstərilməli, münasibətlərdə müəyyən etiraflar olmalıdır".

Komitə sədri vurğulayıb ki, Azərbaycan xalqına qarşı törədilən soyqırımları, xüsusilə Xocalı qətliamı unudula bilməz:

"Xocalı soyqırımında əli olan şəxslərin bir qismi bu gün Bakıda mühakimə edilir, digərləri də gələcəkdə tutulub mühakimə olunacaq. Belə hüquqi hərəkətlər hadisələrin yumşalmasına gətirib çıxara biləcək. Müəyyən dövrlər, nəsillər dəyişilməlidir. Bunun üçün də sülh müqaviləsi imzalanmalı, iqtisadi, siyasi əlaqələr qurulmalıdır. Bundan sonra isə hümanitar, mədəni münasibətlərin yavaş-yavaş qaydaya düşməsi zamana bağlı olacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Noyabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see687

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see536

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see299

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see276

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see268

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see265

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see261

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see257

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see252

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see216

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see192

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see186

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see184

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see184

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri