Lavrov: Putin Tramp görüşü ilə bağlı sizə məlumat verəcəyik
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında mümkün görüş barədə məlumat əldə olunan kimi dərhal təqdim olunacaq.
Turkustan.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 xarici işlər nazirlərinin Cənubi Afrikada keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında deyib.
"Belə olanda, əlbəttə ki, siz bu barədə biləcəksiniz. Biz hansı məsələlər üzərində işləyirik, məxfilik istənilən diplomatik proseslərin hazırlanmasının tərkib hissəsidir. Əminəm ki, biz sizə vaxtında məlumat verəcəyik. Amma ilk növbədə, əlbəttə ki, Kremlin mətbuat xidməti məlumat verəcək"-deyə, nazir qeyd edib.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov məlumat vermişdi ki, telefon danışığı zamanı ABŞ və Rusiya prezidentləri şəxsi təmasları davam etdirmək, xüsusən də görüş təşkil etmək barədə razılığa gəliblər.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 21 Fevral 2025 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















