Icma.az
close
up
RU
Lavrov: “Rusiyanın özünümüdafiə qərarı legitimdir”

Lavrov: “Rusiyanın özünümüdafiə qərarı legitimdir”

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Rusiyanın, Qərbin nəzarətindəki rejimdən istifadə edərək yaratdığı təhdidlərə qarşı özünümüdafiə etmək qərarlılığı legitim və məntiqli olduğu açıqdır. 

Vaşinqtonda sağlam düşüncənin üstün gəlməsini, prinsipial mövqeyini qorumasını və münaqişəni növbəti gərginlik səviyyəsinə daşıya biləcək addımlardan çəkinməsini ümid edirik”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İtaliya mediasına verdiyi müsahibədə səsləndirib.

Sergey Lavrov həmçinin ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında planlaşdırılan görüşün ləğvi, davam edən Rusiya–Ukrayna müharibəsi və Çin ilə yaxınlaşma kimi mövzularda sualları da cavablandırıb.

“Kiyevə Moskvanın uzaqlaşdığı beynəlxalq rol və kimlik verildiyini düşünmürsünüzmü?” sualına Lavrov belə cavab verib: 

“Bu, təsir dairəsi ilə bağlı deyil. Məsələ Ukraynanın neytral, bloklara qoşulmayan və nüvə silahına malik olmayan statusa qayıtması, insan hüquqlarına və milli azlıqların bütün hüquqlarına ciddi şəkildə riayət olunması ilə bağlıdır. NATO Baş katibi Mark Rutte, Britaniya Baş naziri Keir Starmer, Brüssel bürokratları Ursula von der Leyen və Kaja Kallas, eləcə də ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keith Kellogg bu mövzuda dəfələrlə danışıblar. Rusiyanın Qərbin nəzarətindəki rejimdən istifadə edərək yaratdığı təhdidlərə qarşı özünümüdafiə etmək qərarlılığı legitim və məntiqlidir”.

“ABŞ və Avropanın siyasətləri ilə bağlı niyə fərqli baxış və qiymətləndirmələrə sahibsiniz?” sualına Lavrovun cavabı belə olub:

“Avropa paytaxtları hər cür sülh təşəbbüsünü pozur və Moskva ilə birbaşa əlaqə qurmaqdan imtina edirlər. Avropanı açıq şəkildə Rusiyaya qarşı yeni bir böyük müharibəyə hazırlayırlar və Vaşinqtonu ədalətli və dürüst həll yolunu rədd etməyə inandırmağa çalışırlar.

Əsas məqsədləri, əvvəldən dialoqu müdafiə edən və davamlı sülh axtarışına hazır olduğunu göstərən mövcud ABŞ administrasiyasının mövqeyini təhlükəyə atmaqdır.

Vaşinqtonda sağlam düşüncənin üstün gəlməsini, prinsipial mövqeyini qorumasını və münaqişəni növbəti gərginlik səviyyəsinə daşıya biləcək addımlardan çəkinməsini ümid edirik”.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Noyabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri