Lavrov Yeni START Müqaviləsini əvəz edəcək yeni müqavilə üçün nəyin lazım olduğunu izah edib
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Strateji Silahların Azaldılması Müqaviləsini (Yeni START) əvəz edəcək yeni saziş üçün Rusiya ilə ABŞ arasında münasibətlərdə vəziyyət əsaslı şəkildə fərqli olmalıdır, lakin dialoqda irəliləyiş artıq “görünür”.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib.
Avrasiya təhlükəsizliyi üzrə Üçüncü Minsk Beynəlxalq Konfransının yüksək səviyyəli plenar sessiyasının yekunları üzrə nazir deyib: "Yeni müqavilə üzərində işləmək üçün, şübhəsiz ki, Rusiya-Amerika münasibətlərində əsaslı şəkildə fərqli atmosfer lazımdır. Bu münasibətlərdə irəliləyiş göz qabağındadır, lakin hələlik, ilk növbədə, dialoqun bərpa olunması ilə bağlıdır".
Məryəm Quliyeva
Baxış sayı:71
Bu xəbər 28 Oktyabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















