Lavrovdan keçmiş sovet ölkələri ilə bağlı açıqlama: Ciddi risklər var
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
“NATO-nun postsovet məkanında öz təsir alətlərindən istifadə etmək niyyəti narahatlıq doğurur”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Nazir bildirib ki, alyansın iddiaları postsovet məkanından Tayvan boğazı, Cənubi Çin dənizi və Cənub-Şərqi Asiyaya qədər uzanır.
Sergey Lavrov “Avrasiya təhlükəsizlik strukturunun formalaşdırılmasını Rusiyanın bu il KTMT sədri kimi əsas prioritetlərindən biri” adlandırıb. Onun sözlərinə görə, bu prioritetlər müasir, dinamik və turbulent inkişaf edən qlobal şəraitdə təşkilatın güc komponentinin təkmilləşdirilməsi zərurətindən irəli gəlir.
“Əsasən kollektiv qüvvələrin döyüş potensialının artırılması, onların müasir silahlarla təchiz edilməsi və sairə diqqət yetirilir”, - o vurğulayıb.
Rusiya xarici işlər naziri “bioloji təhlükəsizliyin təmin olunması”na da xüsusi diqqət ayrıldığını qeyd edib: “Qərbdən olan həmkarlarımız hələ də postsovet məkanında sakitləşmirlər, qeyri-şəffaf xarakter daşıyan proqramları inkişaf etdirirlər, ekspertlərimizin qiymətləndirməsinə görə, bunlar ciddi risklər yaradır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 11 Fevral 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















