Icma.az
close
up
RU
Layihə çərçivəsində Qax rayonunda dəyirmi masa keçirilir FOTOLAR

Layihə çərçivəsində Qax rayonunda dəyirmi masa keçirilir FOTOLAR

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Layihə çərçivəsində uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində sosial xidmətlərin rolu müzakirə olunub.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, “Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində sosial xidmətlərin rolu” layihəsini həyata keçirir. Layihənin əsas məqsədini uşaq hüquqlarının qorunması və təbliği işini həyata keçirməkdə sosial mütəxəssislərin rolunun gücləndirmək və müvafiq dövlət qürumları ilə müzakirələrin aparılması təşkl edir.

Layihə çərçivəsində Qax rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində Qax rayonunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada sosial mütəxəsislərin rolunun gücləndirilməsi, uşaqların sosial mühitə inteqrasiya olunmasıın təşkilində və hüquqi, sosial-psixoloji dəstəyin həyata keçirilməsində sosial mütəxəssislərin rolu məsələləri müzakirə edilib. Tədbirdə 25 sosial- psixoloji xidmət göstərən mütəxəssis, müvafiq dövlət qürumlarının əməkdaşları iştirak edib.

Tədbiri Qax rayon icra hakimiyyətinin Uşaq hüquqlarının müdaiəsi üzrə komissiyanın məsul katibi Nəsimi Raziyev açaraq, qonaqları salamlamış, həyata keçirilən layihəni yüksək qiymətləndirərək, belə müzakirələrin keçirilməsinin xüsusi əhəmiyyətini qeyd etmişdir. Qax rayon Heydər Əliyev Mərkəzinin direktoru Arzu Dunusova həyata keçirilən layihənin işinə uğurlar arzulamış, uşaqların təhlükəsizliyi və hüquqlarının qorunmasında həyata keçirdikləri fəaliyyətlərdə müxtəlif dövlət qurumlarının koordinasiyalı fəaliyyətinin vacibliyini qeyd etmişdir. 

"Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri, layihə rəhbəri Zaur Quliyev layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər haqqında geniş məlumat vermiş, müasir dünyada sosial mütəxəssislərin üzərinə də ciddi və məsuliyyətli bir vəzifənin düşdüyünü bildirib. Qeyd edilib ki, layihə çərçivəsində “Sosial xidmətlər- uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində əsas amil kimi” mövzusunda dəyirmi masaların təşkil olunmasında əsas məqsədin bu sahədə bölgədə mövcud vəziyyətlə tanış olmaq, spesifik ehtiyacların müəyyən edilməsi üçün müzakirələrin təşkil olunmasından ibarətdir.

Digər çıxış edənlər uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində görülən işlər haqqında məlumat vermiş, layihənin qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin vacibliyini vurğulamışlar.  

Layihə üzrə ekspert, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov Sosial xidmətlər- uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində əsas amil kimi, uşaqların təhlükəsizliyi və həssas kateqoriyadan olan uşaqlara sosial xidmətlərin göstərilməsinin gücləndirilməsinin vəziyyəti, yeni yanaşmalar mövzusunda təqdimat etmiş, çətin həyat şəraitində, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial xidmətlərin göstərilməsinin vəziyyəti: uğurlu təcrübələr, ehtiyaclar mövzusu ətrafında müzakirələr təşkil olunmuş, müvafiq təkliflər verilmişdir.

Tədbir iştirakçıları vacib və aktual layihəni dəstəklədikləri üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihənin uğurlu icrasına görə “Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyinə öz təşəkkürlərini bildirmiş, gələcəkdə belə layihələrin davam etdirilməsinin faydalı, maraqlı olmaqla bərabər, gələcəyimiz olan uşaqların təhlükəsiz, sosial-psoxoloji və emosional baxımdan sağlam böyüməsində mühüm rolu olduğunu ifadə etmişlər. 

Sonda iştirakçılarla çay- kofe fasiləsi zamanı da müzakirələr davam etdirilmiş, xatirə fotoşəkili çəkilmişdir.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 İyul 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see167

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see143

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see131

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see130

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see119

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri