Icma.az
close
up
RU
Şəkidə “COP 29 un Qlobal Mirasının təhlili” layihə çərçivəsində Dəyirmi masa keçirilib FOTOLAR

Şəkidə “COP 29 un Qlobal Mirasının təhlili” layihə çərçivəsində Dəyirmi masa keçirilib FOTOLAR

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

16.07.2025-ci il tarixində Şəki Dövlət Regional Kollecinin binasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  dəstəyi ilə həyata keçirdiyi “COP-29-un Qlobal Mirasının təhlili” layihəsinin davamı olaraq Dövlət Regional Kolleci, Pedoqoji Təhsil Mərkəzi, Mədəniyyət evi, şəhər1, 3 və 5 saylı orta məktəb müəllimləri, Narınqala folklar evinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Dəyirmi masa keçirmişdir.

"Cebheinfo.az" xəbər verir ki. tədbiri giriş sözü ilə Şəki şəhər Regional Kollecin direktor müavini Pərviz Zeynalov açmışdır. P.Zeynalov bu gün keçirilən “COP-29-un Qlobal Mirasının təhlili” layihəsinin mövzusu aktual olduğundan İctimai Birliyin nümayəndələri rayonumuza gəlmişlər. P.Zeynalov İqlim dəyişmələri və 2024-cü ildə Bakıda keçirilən COP-29 barədə məlumat verdi və Şəki rayonuna təsirlər barədə danışdı Sonra P.Zeynalov  sözü  “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri, layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova verdi.

S.Həsənov çıxışını təqdimat formasında başlayaraq bildirdi ki, Şəki şəhəri tarixi ənənələrə və əzəmətli tarixi, eyni zamanda  Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşməklə çox füsunkar bir təbiətə malik bir coğrafiyada yerləşir. Şəki şəhəri daima yerli və xarici turistlərin  ziyarət etdiyi yerdir. Şəhər Azərbaycan tarixində önəmli yerlərdən birini tutur və region İqlim dəyişmələrinə çox həssasdır. Bu regionda. Bu günlrdə havanın temperaturu Şəki təbiətinə uyğun olmayaraq çox isti keçir. İqlimdə baş verən dəyişmələrin Şəki rayonunda həmişə fəsadlarla müşayət olunur, baş verən sellər xüsusilə Kiş çayının tez-tez daşması rayon ərazisinə çoxlu ziyanlar vurur. Məlum olduğu kimi BMT-nin İqlim dəyişmələri barədə çərçivə konvensiyasının COP-29 Tərəflər konfransı 2024-cü ilin noyabr ayının 11-dən 22-nə kimi Azərbaycanda Bakı şəhərində keçirilmişdir. COP-29-un 22 noyabrda bitməsi nəzərdə tutulsada bəzi maliyyə və təşkilati məsələlərdə razılıq olmadığından 24 noyabr gecə saat 2:40 da Konfransı ancaq bitirmək mümkün olmuşdur. Tərəflər konfransında iqlimdə baş verən temeperatur artımının Paris iqlim sazişinə görə 2oC artmamasına qarşı tədbirlər görmək öhdəlik kimi bir çox ölkələr tərəfindən götürülmüşdür. Hazırda temperaturun 1,5 oC artması artıq alimlər və dünya dövlətləri tərəfindən qəbul edilmişdir. İqlim dəyişmələrinin əsas təsirləri su ehtiyatlarına, kənd təsərrüfatı işlərinə, dəniz və okeanlara və bitki aləminə ciddi təsir edir. Bu təsirlərin azaldılması üçün hər bir ölkə öhdəlik götürərək mədən yanacaqlarından (neft, benzin, dizel təbii qaz, kömür və s) istifadəni azaltmalı, alternativ enerjiyə (külək, günəş, su və s) keçməni təmin etməlidir. Əgər ölkələr bu istiqamətdə fəaliyyət göstərə bilsələr qısa müddətdə iqlim dəyişmələrinin artmasında stabillik yarana bilər və tullantı qazları (karbon-dioksid, CO2, Metan CH4, azot oksidləri (NO, N2O, NO2 və s) və digər qazlar azala bilər və burada hər kəs fəaliyyət göstərməlidir. Layihənin məqsədi İqlim dəyişmələrinə təsirin yumşaldılması üçün insanların maariflənməsidir. S.Həsənov təqdimatı yekunlaşdırdıqdan sonra auditoriyanın suallarını cavablandırmağa başladı.

Tədbirdə  Regional Kollecin ekologiya müəllimi Polad Süleymanov çıxış edərək rayonun ekoloji vəziyyəti  haqqında məlumat verdi və bir neçə sualla təqdimatçıya suallar verdi. Suallar əsasən elektrik avtomobillərinin elektromaqnit şülanması yaratması, Oğuz Qəbələ Bakı su kəmərinin çəkilməsinin regionda su ehtiyatlarına təsiri, yaşıllıqların sahəsinin azalması və s. kimi suallar idi.  Sadiq Həsənov elektrik avtomobillərində istifadə olunan elektrik batareyalarının elektromaqnit şüası yaratmadığını, Bakıya çəkilən su kəmərinin su ehtiyatlarının azalmasına təsirinin çox az olmasını və meşə sahələrinin artması üçün hər birimizin çalışmalı olduğunu bildirdi. Sonra Təhsil mərkəzindən Zəminə Rəsulova COP-29 barədə danışaraq qlobal istiləşmənin Şəki rayonuna təsiri və  bu günkü mövzunun əhalinin bütün kateqoriyalarına izah edilməsi üçün layihənin yüksək rolunu qeyd etdi.

Müzakirədə mövzu ətrafında Şəki 2 saylı Regional Kollecin direktor müavini Xəyalə Nağıyeva çıxış edərək tədbirin əhəmiyyəti və hazırlanmış kitabçanın dərs vəsaiti kimi istifadəsi üçün Kollecdə istifadə edilə biləcəyini vurğuladı. Tədbirdə layihə çərçivəsində hazırlanmış kitabça və maarifləndirici materiallar iştirakçılara paylandı və sonra tədbir yekunlaşdı. Tədbir canlı müzakirələr şəraitində keçdi.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 İyul 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri