Layihə rəhbəri: İqlim dəyişikliyinə adaptasiya yalnız buna yetərincə maliyyə vəsaiti ayrıldığında mümkün olacaq
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Gənc fermerlərin qarşılaşdığı problemlərin həllinə innovativ yanaşma tətbiq edilməlidir, bu sahədə köhnəlmiş tənzimləmə alətlərindən imtina olunmalıdır".
APA xəbər verir ki, bu sözləri Uqandanın Gənc Fermerlər Federasiyasının layihə rəhbəri Mawejje Harbert "İqlim maliyyəsinin fermerlər üçün işlək edilməsi" adlı paneldə deyib.
"İqlim dəyişikliyinə adaptasiya yalnız buna yetərincə maliyyə vəsaiti ayrıldığında mümkün olacaq. O ki qaldı fermerlərin problemlərinin həllinə vəsaitin ayrılmasına, bu vəsait ilk növbədə effektiv xərclənməlidir. Ölkələrimizin üzləşdiyi su çatışmazlığı məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır. Ona görə mənim əsas təklifim yetərincə maliyyə vəsaitinin ayrılması istiqamətində olacaq. Lakin onu da bilməliyik ki, yetərincə torpaq və su ehtiyatları təmin olunmasa, ayrı-ayrı ölkələrdə fermerlər üçün əhəmiyyətli şərait yaradılmasa kənd təsərrüfatı sahəsindən danışmaq mümkün deyil".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 19 Noyabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















