Icma.az
close
up
RU
LDU və Rumıniyanın Qalati Universiteti arasında əməkdaşlıq görüşü keçirilib

LDU və Rumıniyanın Qalati Universiteti arasında əməkdaşlıq görüşü keçirilib

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rumıniyanın “Dunarea de Jos” Galati Universitetinin nümayəndə heyəti Lənkəran Dövlət Universitetinə səfər edib. Görüş 03-05 dekabr 2024-cü il tarixində Rumıniyanın “Dunarea de Jos” Galati Universiteti ilə Lənkəran Dövlət Universiteti  arasında imzalanmış  ikili əməkdaşlığa dair müqavilə çərçivəsində reallaşıb.

Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov “Dunarea de Jos” Galati Universitetin prorektoru, prof. Artur Viorel Tuluşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə qonaq universitetin  fakültə dekanlarından dos. Karmelia Mariana Dragomir Balanica, dos. Kristian Vasile Dima, müəllim Qabriela-Alina Cioromele, universitetin rabitə, təşviqat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elena Bujor iştirak ediblər. LDU-nun rektoru, prof. Natiq İbrahimov hörmətli qonaqlara təmsil etdiyi universitetin təhsil uğurları, maddi-texniki bazanın yenilənməsi istiqamətində son illərdə görülən işlər, təhsilin modernləşdirilməsi sahəsində həyata keçirilən layihələr, qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib, söhbət əsnasında onları maraqlandıran məsələlərə aydınlıq gətirib. Görüşdə universitetlər arasında birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, ikili diplom proqramlarının tətbiqi, həmçinin tələbə və müəllim mübadiləsi proqramlarının təşkili məsələləri müzakirə olunub,  gələcəkdə birgə elmi konfransların təşkili vacib sayılıb, ali təhsil müəssisələrinin elmi jurnallarının ortaq nəşrlərin mümkünlüyü məsələsindən danışılıb.

Söhbət əsnasında görüş iştirakçıları qarşılıqlı səfərləri LDU ilə Qalati Universiteti arasında akademik və elmi sahələrdə davamlı və səmərəli əməkdaşlığın qurulması istiqamətində atılmış mühüm addım kimi dəyərləndiriblər. Tərəflər arasında gələcəkdə daha konkret təhsil  layihələrinin icrası üçün müvafiq razılığa gəlinib.

Görüşdən sonra Rumıniyanın “Dunarea de Jos” Galati Universitetin nümayəndə heyətinə LDU ilə əyani tanışlıq imkanı yaradılıb. Qonaqlar universitetin I və II saylı tədris korpuslarını gəzərək imtahanların gedişini və yoxlama prosesini izləyiblər.

Qeyd edək ki, səfər proqramına Lənkəranın aqrar yönümlü elmi tədqiqat müəssisələri, tarixi və mənzərəli yerləri ilə tanışlıq da daxildir.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 İyun 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see280

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see278

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see272

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see237

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see224

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see138

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri