Icma.az
close
up
RU
Mingəçevir Dövlət Universiteti ilə Ege Universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb

Mingəçevir Dövlət Universiteti ilə Ege Universiteti arasında Əməkdaşlıq Protokolu imzalanıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 14 oktyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfəri çərçivəsində İzmir şəhərində yerləşən Ege Universitetinin (EGE) rektoru, professor Necdet Budak ilə görüşüb.

MDU-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı tərəflər universitetlərarası əlaqələrin konkret istiqamətləri, ortaq tədqiqat layihələrinin icrası, birgə konfrans və seminarların təşkili, eləcə də tələbə və akademik heyətin mübadiləsi məsələlərini müzakirə ediblər. Hər iki tərəf gələcəkdə təhsil proqramlarının uyğunlaşdırılması, ikili diplom modellərinin tətbiqi və innovativ təlim platformalarının yaradılması kimi təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını ifadə ediblər.

N.Budak qeyd edib ki, Azərbaycan və Türkiyə arasında təhsil və elm sahəsində münasibətlərin inkişafı iki ölkənin strateji əməkdaşlığının mühüm tərkib hissəsidir. Rektor bildirib ki, Ege Universiteti qardaş Azərbaycanla akademik və elmi əlaqələrin genişləndirilməsində maraqlıdır və bu istiqamətdə həyata keçiriləcək birgə proqramlar, elmi layihələr və mübadilə imkanları hər iki tərəfin təhsil sisteminə töhfə verəcək.

A.Eminov vurğulayıb ki, MDU beynəlxalq əməkdaşlıq strategiyasında Türkiyə ali təhsil müəssisələri ilə tərəfdaşlığa xüsusi önəm verir. O qeyd edib ki, bu əməkdaşlıq yalnız elmi mübadilə ilə məhdudlaşmır, həm də mədəni inteqrasiya, innovativ idarəetmə təcrübələrinin paylaşılması, birgə layihələrin həyata keçirilməsi və müəllim-tələbə mübadiləsi sahəsində yeni imkanlar yaradır.

Görüşün sonunda MDU ilə EGE arasında İkitərəfli Əməkdaşlıq Protokolu imzalanıb. Protokola əsasən tərəflər akademik və mədəni əlaqələrin inkişafı, müəllim, elmi işçi və tələbə mübadiləsinin təşkili, birgə tədqiqatların aparılması və nəticələrinin nəşri, ortaq elmi tədbirlərin keçirilməsi, eləcə də tədris resurslarının, ədəbiyyatların və məlumat bazalarının paylaşılması istiqamətində əməkdaşlıq edəcəklər. Həmçinin tərəflər gələcəkdə ortaq magistratura proqramlarının təşkili, mübadilə iştirakçılarına dəstək mexanizmlərinin yaradılması və tələbələrin beynəlxalq təcrübə imkanlarının genişləndirilməsi barədə razılığa gəliblər.

Protokolun imzalanması mərasimindən sonra MDU-nun nümayəndə heyəti EGE-nin tələbə şəhərciyinə baş çəkib, burada yerləşən tədris binaları, elmi-tədqiqat laboratoriyaları və infrastrukturu ilə tanış olub. EGE-nin müasir təhsil mühiti, innovativ tədris yanaşmaları və tələbə yönümlü infrastruktur imkanları yüksək qiymətləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri