Lekornyunun istefası Fransaya 15 milyard avroya başa gələcək
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən ilin iyun ayında Fransada başlayan və Baş nazir Sebastyan Lekornyunun istefa verməsi ilə daha da dərinləşən siyasi böhran ölkəyə 15 milyard avroya başa gələcək.
Bu barədə "France Presse" agentliyi OFCE-yə istinadən məlumat yayıb.
"OFCE-nin yaranmış qeyri-müəyyənliyin nəticələrini qiymətləndirən məlumatlarına görə, 2024-cü ilin iyun ayında başlayan siyasi böhran 2025-ci ilin sonuna qədər ÜDM-in artımında 0,5 faiz bəndi və ya 15 milyard avro təşkil edəcək", - materialda qeyd olunub.
Xüsusilə, bu məbləğə seçkilərin təşkili, namizədlərin xərclərinin ödənilməsi və keçmiş nazirlərə müavinətlərin ödənişi daxildir.
S.Lekornyu oktyabrın 6-da cəmi 27 gün qaldığı Baş nazir vəzifəsindən istefa verib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 07 Oktyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















