Papanın Fransaya səfəri: bu, 27 milyon avroya başa gələcək
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Papa XIV Leo sentyabrın sonunda Fransaya səfər edəcək.
Bakıvaxtı.az “actu.fr”ə istinadən xəbər verir ki, Fransa Kilsəsindən bildirilib ki, səfərin büdcəsi hazırda 27 milyon avro olaraq qiymətləndirilir. Buna görə də kilsə ianələr üçün müraciət edib. Fransa Yepiskopları Konfransının (CEF) mətbuat açıqlamasında bəyan edilib ki, bu məbləğ apostol səfərinin təşkili üçün lazım olan bütün xərcləri ödəyir. Bunlara, məsələn, iştirakçıları qarşılamaq, dəstək və logistika təmin etmək, Paris , Lurd və Metzdəki müxtəlif yerlərin hazırlanması daxildir. Bu səfər üçün logistika, təhlükəsizlik və səhnə tənzimləmələrini gücləndirmək zəruridir. Bu səfər üçün artıq 700 mindən çox insan qeydiyyatdan keçib və təxminən 2500 akkreditə olunmuş jurnalist var.
Fransanın daxili işlər naziri Loran Nunyes ötən həftə müstəsna təhlükəsizlik tədbiri elan edib və bu hadisənin pik həddə çatdığı bir vaxtda təhlükəsizlik qüvvələrinin 15 min üzvünün səfərbər olunduğu bildirib. Kilsə tərəfindən yayın əvvəlində başladılan ianə toplama kampaniyası nəticəsində 5,5 milyon avro toplanıb və bu vəsaitin böyük hissəsi ictimaiyyətin səxavəti hesabına əldə dilib.
Bu səfər zamanı 25 sentyabr cümə günü “Stade de France” stadionunda 80 min nəfərin, ertəsi gün Parisdəki “Concorde-Champs-Élysées” ərazisində nəhəng bir messa(oxu:kilsədə dini ayin) üçün 500 min nəfərin, 27-si bazar günü Lurd ziyarətgahında 150 min nəfərin və 28-i bazar ertəsi günü Metz kilsəsi ətrafında on minlərlə insanın iştirak edəcəyi gözlənilir.
Aydın Baxış
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 09 Sentyabr 2026 08:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















