Icma.az
close
up
RU
Ləman İbrahimova: ASAN AI Hub ın şəbəkəsinə hazırda 19 tədqiqatçı cəlb olunub

Ləman İbrahimova: ASAN AI Hub ın şəbəkəsinə hazırda 19 tədqiqatçı cəlb olunub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 6 fevral, Pərvanə Qafarova, AZƏRTAC

Tədqiqat və bilik istiqamətində ASAN AI Hub-ın şəbəkəsinə hazırda 19 tədqiqatçı cəlb olunub və 8 universitet və tədqiqat institutu ilə əməkdaşlıq qurulub. Bu əməkdaşlıqlar tətbiqi tədqiqatların təşviqinə, istedadların inkişafına və akademiya-sənaye əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir.

Bu barədə AZƏRTAC-a müsahibəsində ASAN AI Hub-ın rəhbəri Ləman İbrahimova deyib.

“Yarandığı qısa müddət ərzində ASAN AI Hub tətbiqi və məsuliyyətli süni intellektə yönəlmiş sürətlə inkişaf edən ekosistem formalaşdıraraq innovasiya, potensialın artırılması, tədqiqat və beynəlxalq əlaqələr üzrə ilkin, ölçülə bilən nəticələr əldə edib. “Biznes Həlləri” və “Startap Kataloqu” çərçivəsində artıq 80-dən çox yerli və beynəlxalq süni intellekt startapı www.asanhub.ai platformasına cəlb olunub. Davamlı və institusional əməkdaşlığın təmin edilməsi məqsədilə “Apolitical”, “GenAI Works”, “Breakthrough Social Enterprise”, “Bayraktar Teknoloji Azerbaijan” və “MinnaLearn” daxil olmaqla 9 təşkilatla rəsmi tərəfdaşlıq qurulub və uzunmüddətli əməkdaşlıq mexanizmlərini müəyyən edən anlaşma memorandumları imzalanıb”, - deyə o əlavə edib.

ASAN AI Hub-ın institusional və fiziki infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdıran Ləman İbrahimova qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı arasında anlaşma memorandumu imzalanıb. Razılaşmaya əsasən, ASAN AI Hub Yüksək Texnologiyalar Parkının bazasında yaradılan “SABAH.city” innovasiya şəhərciyində fəaliyyət göstərəcək.

“Süni intellekt savadlılığı və bacarıqların inkişafı sahəsində platformada hazırda qlobal tərəfdaşlar tərəfindən təqdim olunan 23 onlayn proqram mövcuddur. Bu proqramlar müxtəlif öyrənmə templərinə və peşəkar qrafiklərə uyğunlaşdırılıb və maşın öyrənməsi, prompt mühəndisliyi, davamlı inkişaf üçün süni intellekt, eləcə də dövlət sektoru üçün süni intellektin əsasları, satınalma prosesləri və iqlim, səhiyyə sahələrində tətbiqlər kimi mövzuları əhatə edir. Bu qısa müddət ərzində artıq 50 iştirakçı bu təlim proqramlarını uğurla başa vurub.

Onlayn təlimlərlə yanaşı, ASAN AI Hub canlı vebinarlar da təşkil edib. İlk vebinar Edinburq Universitetinin professoru Xəladdin Rzayev tərəfindən təqdim olunaraq maliyyə sektorunda maşın öyrənməsi və generativ süni intellekt tətbiqlərinə həsr edilib. Bu təşəbbüs xaricdə yaşayan azərbaycanlı mütəxəssislərin könüllü şəkildə bilik və təcrübələrini bölüşməsi üçün marağı artırıb.

Paralel olaraq Böyük Britaniya, Çin və Türkiyədən olan spikerlərin iştirakı ilə vebinar silsiləsi planlaşdırılıb və indiyədək bu vebinarlara 100-dən çox iştirakçı cəlb olunub”, - deyə Ləman İbrahimova bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:694
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri