“ASAN AI HUB” “OECD.AI” platformasında
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN Süni İntellekt" platforması (ASAN AI Hub) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “OECD.AI” platformasının “Siyasət naviqatoru” bölməsinə daxil edilib.
"Cebheinfo.az" xəbər verir ki, platformada dövlət qurumları, tədqiqatçılar və mütəxəssislər müxtəlif ölkələrin süni intellektin inkişafı və idarəolunmasıdakı yanaşmaları ilə tanış ola bilərlər.
Süni intellekt sahəsində qlobal məlumat bazası hesab olunan bölmədə 80-dən çox ölkənin və təşkilatın müvafiq sahədə siyasətləri, strategiyaları və təşəbbüsləri əhatə olunur.
Bu platformada “ASAN AI Hub”ın yer alması Azərbaycanın süni intellekt sahəsindəki fəaliyyətinin beynəlxalq səviyyədə tanıdılmasına, təcrübə mübadiləsinə və əməkdaşlıq imkanlarının genişlənməsinə töhfə verəcək.
Dövlət qurumlarını, startapları, tədqiqatçıları, akademik dairələri və beynəlxalq tərəfdaşları bir araya gətirən “ASAN AI Hub” süni intellekt sahəsində bilik və təcrübə mübadiləsini təşviq edir.
Platforma birgə əməkdaşlıq, tədqiqat dəstəyi, təlim proqramları və praktiki təşəbbüslər vasitəsilə süni intellekt texnologiyalarının tətbiqini dəstəkləyir, innovativ ideyaların inkişafına və ölkənin bu sahədə potensialının gücləndirilməsinə töhfə verir.
Nigar
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 24 Noyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















