Icma.az
close
up
RU
Lənkəran Maşın Sınaq Stansiyasında KÜLLİ MİQDARDA YEYİNTİ İdarənin keçmiş əməkdaşından şok açıqlama

Lənkəran Maşın Sınaq Stansiyasında KÜLLİ MİQDARDA YEYİNTİ İdarənin keçmiş əməkdaşından şok açıqlama

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Lənkəran rayonu, Şürük kənd sakini Vəlizadə Azər Şamil oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, “Aqroservis” ASC-nin Lənkəran Maşın Sınaq Stansiyasında özbaşınalıqlar baş alıb gedir:

“Hörmətli redaksiya!

Sizə “Aqroservis” ASC-nin Lənkəran Maşın Sınaq Stansiyasınını sədri Şahin Ağayevin qanunsuz əməlləri haqda yazıram.

Qeyd edim ki, mən Şürük kəndi ərazisində yerləşən Lənkəran Dövlət Maşın Sinaq Stansiyasinda işləyirdim. Adını qeyd etdiyim idarədə 2013-cü ildən 2025-ci ilə qədər çalışmışam. Heç bir nizam-intizamı da pozmamışam. Baxmayaraq ki, adlarını qeyd edəcəyim şəxslər mütəmadi olaraq məni “provakasiya”ya çəkməyə çalışıblar.

21.10.2024 tarixində işçilərə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən xəbərdarlıq  edilib və yeni ştat cədvəli verilib. Həmin cədvəldə işlədiyim ştat ləğv olunmayıb. Lakin 06.01.2025-ci il tarixində yenidən bizimlə üç aylıq müqavilə imzalanıb.

İşlədiyim müddətdə Lənkəran Dövlət Maşın Sınaq Stansiyasının direktoru Şahin Ağayev Şirəli oğlu idi. Əliyev Sədaqət Xanağa oğlu, Mahmudov Elşad Məhrəməli oğlu, Cəfərov Xanbala Allahverən oğlu tərəfindən psixi təzyiqlərə məruz qalmışam. Məqsəd məni öz ərizəmlə işdən çıxarmaq olub.

Bir neçə nəfərə qarşı bu kimi hallar əvvəllər də olub. Belə ki, şçilər arasında ədavət yaradıb, birini digəri ilə qarşı- qarşıya gətirib dava salmaq, şər atib polisə vermək və.s kimi hallar az olmayıb. Şəxsən özüm bu hallarla bir necə dəfə üz-üzə qalmışam.

Sonuncu dəfə üç aylıq müqavilənin bir ayı tamam olmamış - 03.02.2025-ci il tarixində direktor Şahin Ağayev bir neçə nəfər işçini çağırıb dedi ki, əmək müqavilənizə xitam verilib. Səbəbini demədən bildirdi ki, baş idarəyə şikayət edə bilərsiniz.

Maraqlısı odur ki, vəzifə ştatım ixtisar olunmayıb. Deyəsən səbəb sadəcə əlilliyimin olması idi.

Mən öz peşə ixtisasıma uyğun işləyirdim, hansı ki, indi hara gedirəm, soruşurlar ki, haranı bitirmisən?! (AzMTU-nun “Avtomexanika” fakultəsini bitirmişəm).

Qeyd edim ki, mənim yerimə işə götürdükləri şəxsdən - Əliyev Sədaqət Xanağa oğlundan fərqli olaraq, mən orada bir neçə işi görürdüm. Sürücü, qaynaqçı, mühəndis vəzifələrini icra etmişəm. Maraqlıdır, necə olur ki, energetik baş mühasib işləyir? Həmin vəzifəyə peşəkar mühasib sertifikatı tələb olunur. Yaxud, necə olur ki, tornaçı qaynaqçı təyin olunur?! Axı, onun üçün də dərəcə lazımdır.

Mənim sadəcə dərəcəm yoxdur, amma lazım olan işləri görə bilirdim.

Sədaqət Əliyev Xanağa oğlu eyni vaxtda iki yerdə çalışırdı.  İdarənin keçmiş direktoru Qurbanov Tahir Əbdul oğlunun qardaşı Əliyev Məzahir Xanağa oglu 76 saylı seçki dairəsində sədr, özü isə müavin idi. 76 sayli dairənin sədri isə həm orada sədr, məktəbdə hərbi müəllim və işlədiyim idarədə mühəndis kimi çalışırdı, yəni idarədə sadəcə adı gedirdi. İşlədiyim vaxt ərzində onu orda heç vaxt görməmişəm.

Əmək Məcəlləsinin 78-ci maddəsini pozaraq, məni 24.1-ci maddəni pozmaqla işdən çıxarıblar. Halbuki, özləri eyni vaxtda 3 yerdə işləyiblər.

Yeyintiyə gəldikdə isə, köhnə rəhbərlərdən demək olar ki, indikilərə heç nə qalmayıb. Müxtəlif yollarla texnikaları istisamardan saxlamaqla və ya başqa yollarla yararsız vəziyyətə salıb, metalloma veriblər. Məsələn, T-150 YMZ -6 AKL markalı ekskvator, 2 qaz -53 texniki yardım maşını, iki VAZ - biri aftodiaqnostika olmaqla, 1 ədəd RAF, 1 ədəd “Moskvic”, 1 ədəd təzə Zil-130, 1 kombayin, 1 məhsul yükləyən moto qurğu və sair. Hələ “Kamaz” markalı maşını da itmiş kimi rəsmiləşdiriblər.

Onu da deyim ki, idarədə tək yeyinti bunlar olmayıb. İstilik qazanxanasında obyektlərinə gedən və izolyasiya olunan isti su xətləri - 140 mm diametrində olan borular satılıb. Kəndimizin mərkəzində yerləşən 200 ton su tutumu olan çən təxminən 57 m hündürlüyündədir. Onu su ilə təchiz edən quyular isə oradan 3 km aralıda yerləşir. Həmin boru xətlərinin də satıldığı deyilir.

Keçmiş rəhbərlər tərəfindən hazırda onların yetirməsi olan energetik Elşad Mahmudovun baş mühasib olması çox şübhə doğurur.

Bildirirəm ki, direktor Şahin Ağayev “Aqroservis” ASC-də kurator işləyən Elnur Əzizovun dayısı oğludur. O, direktor vəzifəsində olarkən bütün qohum-əqrabasını idarədə işə qoymuşdu.

Məsələ ilə bağlı səlahiyyətli qurumlara və məhkəməyə də müraciət etmişəm”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Noyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri