Icma.az
close
up
RU
Lənkəranda 200 min balıq körpəsi dənizə buraxıldı

Lənkəranda 200 min balıq körpəsi dənizə buraxıldı

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Qızılağac Milli Parkında II "Flaminqo festivalı" keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsirini və bioloji müxtəlifliyin hazırkı vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına dair guşələr, suvenirlər, həmçinin Qızılağac Milli Parkına aid simvollar nümayiş olunub. Həmçinin dənizə 200 min balıq körpəsi buraxılıb.

"Cebheinfo.az" xəbər verir ki, festivalın açılış mərasimində ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının əməkdaşları, eləcə də milli parkı ziyarət edən turistlər qatılıblar.

Mərasimdə şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək bildirib ki, təbiətimizin rəngarəngliyini, biomüxtəlifliyini nümayiş etdirməsi baxımından belə festivalların keçirilməsinin əhəmiyyəti böyükdür. İcra başçısı festivalın keçirilməsi ilə ekoloji biliklərin təbliğinə, gələcək nəsillərin maarifləndirilməsinə, eyni zamanda, ekoturizmin inkişafı üçün yeni imkanların yaranmasına yeni töhfələrin veriləcəyinə olan inamını ifadə edib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov festivalın keçirilmə məqsədləri barədə məlumat verib. Həmçinin bildirib ki, Azərbaycan çox unikal coğrafi mövqedə yerləşir. Ölkə ərazisinin 10,3 faizi xüsusi mühafizə olunan təbiət əraziləridir. 10 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Nazir müavini qeyd edib ki, festivalın əsas məqsədi nadir heyvanların mühafizəsinə cəmiyyətin diqqətinin artırılması, flora və fauna növlərinin qorunmasıdır: “İctimaiyyətin diqqətini nəsli kəsilməkdə olan növlərin, əsasən də flaminqo, qızıl qaz kimi canlıların mühafizəsinə diqqət çəkmək istəyirik. Flaminqo Azərbaycanın “Qırmızı kitab”ına düşən nadir köçəri quş növüdür. Qış fəslində qışlamaq üçün Azərbaycanda su-bataqlıq ərazilərinə köç edir. Qızılağac Milli Parkı həm də qızıl qaz quşlarının daimi köç etdiyi ərazilərdən hesab olunur. Bu, sayca ikinci festivaldır. Bu gün 200 min balıq körpəsi də dənizə buraxıldı. Burada sərgilər təşkil olunub, digər milli parkların stendləri sərgilənir”.

Dövlət Turizm Agentliyinin Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov festivalın təbiətimizin rəngarəngliyini, biomüxtəlifliyini nümayiş etdirməsi baxımından önəmini vurğulayıb: “Əsas məqsəd cənub bölgəsinin ekoturizm potensialının geniş turizm kütləsinə tanıdılması, eyni zamanda, biomüxtəlifliyin qorunması və flaminqo quşlarının məhz bizim bölgənin bir brendi, yeni turizm “məhsulu” olaraq təqdim olunmasıdır”.

Sonra tədbir iştirakçıları festival çərçivəsində nümayiş olunan Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsirini və bioloji müxtəlifliyin hazırkı vəziyyətini əks etdirən stendlərlə, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid guşələrlə, suvenirlərlə tanış olub, folklor qruplarının çıxışlarını izləyib, ekoviktorinaya baxış keçiriblər.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Dekabr 2024 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri