Icma.az
close
up
RU
Lənkəranda “Flaminqo festivalı” keçirilib, 200 min balıq körpəsi dənizə buraxılıb Yeni Gündəm

Lənkəranda “Flaminqo festivalı” keçirilib, 200 min balıq körpəsi dənizə buraxılıb Yeni Gündəm

Icma.az, Yenigundem saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Qızılağac Milli Parkında II “Flaminqo festivalı” keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsirini və bioloji müxtəlifliyin hazırkı vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına dair guşələr, suvenirlər, həmçinin Qızılağac Milli Parkına aid simvollar nümayiş olunub. Həmçinin dənizə 200 min balıq körpəsi buraxılıb.

”Yeni Gundem” xəbər verir ki, festivalın açılış mərasimində ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının əməkdaşları, eləcə də milli parkı ziyarət edən turistlər qatılıblar.

Mərasimdə şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək bildirib ki, təbiətimizin rəngarəngliyini, biomüxtəlifliyini nümayiş etdirməsi baxımından belə festivalların keçirilməsinin əhəmiyyəti böyükdür. İcra başçısı festivalın keçirilməsi ilə ekoloji biliklərin təbliğinə, gələcək nəsillərin maarifləndirilməsinə, eyni zamanda, ekoturizmin inkişafı üçün yeni imkanların yaranmasına yeni töhfələrin veriləcəyinə olan inamını ifadə edib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov festivalın keçirilmə məqsədləri barədə məlumat verib. Həmçinin bildirib ki, Azərbaycan çox unikal coğrafi mövqedə yerləşir. Ölkə ərazisinin 10,3 faizi xüsusi mühafizə olunan təbiət əraziləridir. 10 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Nazir müavini qeyd edib ki, festivalın əsas məqsədi nadir heyvanların mühafizəsinə cəmiyyətin diqqətinin artırılması, flora və fauna növlərinin qorunmasıdır: “İctimaiyyətin diqqətini nəsli kəsilməkdə olan növlərin, əsasən də flaminqo, qızıl qaz kimi canlıların mühafizəsinə diqqət çəkmək istəyirik. Flaminqo Azərbaycanın “Qırmızı kitab”ına düşən nadir köçəri quş növüdür. Qış fəslində qışlamaq üçün Azərbaycanda su-bataqlıq ərazilərinə köç edir. Qızılağac Milli Parkı həm də qızıl qaz quşlarının daimi köç etdiyi ərazilərdən hesab olunur. Bu, sayca ikinci festivaldır. Bu gün 200 min balıq körpəsi də dənizə buraxıldı. Burada sərgilər təşkil olunub, digər milli parkların stendləri sərgilənir”.

Dövlət Turizm Agentliyinin Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov festivalın təbiətimizin rəngarəngliyini, biomüxtəlifliyini nümayiş etdirməsi baxımından önəmini vurğulayıb: “Əsas məqsəd cənub bölgəsinin ekoturizm potensialının geniş turizm kütləsinə tanıdılması, eyni zamanda, biomüxtəlifliyin qorunması və flaminqo quşlarının məhz bizim bölgənin bir brendi, yeni turizm “məhsulu” olaraq təqdim olunmasıdır”.

Sonra tədbir iştirakçıları festival çərçivəsində nümayiş olunan Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsirini və bioloji müxtəlifliyin hazırkı vəziyyətini əks etdirən stendlərlə, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid guşələrlə, suvenirlərlə tanış olub, folklor qruplarının çıxışlarını izləyib, ekoviktorinaya baxış keçiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 07 Dekabr 2024 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see265

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see152

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri