Icma.az
close
up
RU
Lənkəranda “Flaminqo festivalı” keçirilib 200 min balıq körpəsi dənizə buraxılıb

Lənkəranda “Flaminqo festivalı” keçirilib 200 min balıq körpəsi dənizə buraxılıb

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Qızılağac Milli Parkında II “Flaminqo festivalı” keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsirini və bioloji müxtəlifliyin hazırkı vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına dair guşələr, suvenirlər, həmçinin Qızılağac Milli Parkına aid simvollar nümayiş olunub. Həmçinin dənizə 200 min balıq körpəsi buraxılıb.

Festivalın açılış mərasimində ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, qeyri-hökumət təşkilatlarının əməkdaşları, eləcə də milli parkı ziyarət edən turistlər qatılıblar.

Mərasimdə şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək bildirib ki, təbiətimizin rəngarəngliyini, biomüxtəlifliyini nümayiş etdirməsi baxımından belə festivalların keçirilməsinin əhəmiyyəti böyükdür. İcra başçısı festivalın keçirilməsi ilə ekoloji biliklərin təbliğinə, gələcək nəsillərin maarifləndirilməsinə, eyni zamanda, ekoturizmin inkişafı üçün yeni imkanların yaranmasına yeni töhfələrin veriləcəyinə olan inamını ifadə edib.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov festivalın keçirilmə məqsədləri barədə məlumat verib. Həmçinin bildirib ki, Azərbaycan çox unikal coğrafi mövqedə yerləşir. Ölkə ərazisinin 10,3 faizi xüsusi mühafizə olunan təbiət əraziləridir. 10 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Nazir müavini qeyd edib ki, festivalın əsas məqsədi nadir heyvanların mühafizəsinə cəmiyyətin diqqətinin artırılması, flora və fauna növlərinin qorunmasıdır: “İctimaiyyətin diqqətini nəsli kəsilməkdə olan növlərin, əsasən də flaminqo, qızıl qaz kimi canlıların mühafizəsinə diqqət çəkmək istəyirik. Flaminqo Azərbaycanın “Qırmızı kitab”ına düşən nadir köçəri quş növüdür. Qış fəslində qışlamaq üçün Azərbaycanda su-bataqlıq ərazilərinə köç edir. Qızılağac Milli Parkı həm də qızıl qaz quşlarının daimi köç etdiyi ərazilərdən hesab olunur. Bu, sayca ikinci festivaldır. Bu gün 200 min balıq körpəsi də dənizə buraxıldı. Burada sərgilər təşkil olunub, digər milli parkların stendləri sərgilənir”.

Dövlət Turizm Agentliyinin Lənkəran Regional Turizm İdarəsinin rəisi İlqar Əzimov festivalın təbiətimizin rəngarəngliyini, biomüxtəlifliyini nümayiş etdirməsi baxımından önəmini vurğulayıb: “Əsas məqsəd cənub bölgəsinin ekoturizm potensialının geniş turizm kütləsinə tanıdılması, eyni zamanda, biomüxtəlifliyin qorunması və flaminqo quşlarının məhz bizim bölgənin bir brendi, yeni turizm “məhsulu” olaraq təqdim olunmasıdır”.

Sonra tədbir iştirakçıları festival çərçivəsində nümayiş olunan Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsirini və bioloji müxtəlifliyin hazırkı vəziyyətini əks etdirən stendlərlə, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid guşələrlə, suvenirlərlə tanış olub, folklor qruplarının çıxışlarını izləyib, ekoviktorinaya baxış keçiriblər(azərtac).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://azpost.info
archiveBu xəbər 07 Dekabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri