Lənkəranda Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirildi FOTOLAR
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dekabrın 20-də Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və “Buta Trade Company" -nin birgə təşkilatçılığı ilə “Xəzər Palace”da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə bayram şənliyi keçirilib. Tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, “Buta Trade Company"nin rəhbəri Pərviz Kərimov və şəhid ailələrinin üzvləri iştirak edib.
"Unikal" xəbər verir ki, şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səslənməsi ilə tədbirin rəsmi hissəsi başlayıb.
Lənkəran ŞİH başçısı Taleh Qaraşov Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümü nəzərə alınaraq dövlət başçısı tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunduğunu bildirib və Lənkəranda ilboyu bu istiqamətdə müxtəlif sahələr üzrə çoxsaylı tədbirlərin keçirildiyini qeyd edib.
Taleh Qaraşov dövlət başçısının strateji siyasəti nəticəsində 2025-ci ildə ölkəmizdə, o cümlədən Lənkəran rayonunda sosial-iqtisadi sahədə dinamik inkişafın qorunub saxlanıldığını qeyd edib.
Ölkədə yaradılan əlverişli şəraitin yerli sahibkarlığın dayanıqlı inkişafını təmin etdiyini vurğulayan icra başçısı bunun məşğulluğu artırdığnı və iqtisadiyyatın şaxələndirilməsinə xidmət etdiyini qeyd edib. Onun sözlərinə görə, bu gün biz təkcə həmrəyliyimizi, yeni ilin gəlişini deyil, həm də cənab Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində müstəqil Azərbaycanın əldə etdiyi uğurları, dövlətimizin inkişafını, xalqımızın əzmini və gələcəyə olan inamını və ən nəhayət şəhidlərimizin qanı bahasına əldə olunan torpaqlarımızda suverenliyimizi qürurla qeyd edirik.
İcra başçısı lənkəranlıların timsalında bütün dünya azərbaycanlılarını “Həmrəylik Günü” və “Yeni İl” münasibətilə təbrik edib, hər birinə möhkəm can sağlığı, firavan həyat, dövlətimizə və xalqımıza daim uğurlar arzulayıb.
Daha sonra Milli Qəhrəman Pəncəli Teymurovun anası Vahimə Teymurova və şəhid Elnur Talıbovun anası Gülçöhrə Əliyeva çıxış ediblər.
Şəhid anaları onlara göstərilən xüsusi diqqət və qayğıdan razılıqlarını ifadə ediblər, bütün problem və qaldırdıqları məsələlərə həssaslıqla yanaşıldığını bildiriblər və bunlara görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Çıxışlardan sonra yerli incəsənət adamlarının iştirakı ilə konsert proqramı keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 21 Dekabr 2025 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















