Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

Daşkənddə Həmrəylik Günü və Yeni il münasibətilə tədbir: “Mədəniyyət gücümüzdür həmrəylik birliyimizdir”

Daşkənddə Həmrəylik Günü və Yeni il münasibətilə tədbir: “Mədəniyyət gücümüzdür həmrəylik birliyimizdir”

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 27 dekabr, AZƏRTAC

Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Mədəniyyət gücümüzdür - həmrəylik birliyimizdir” şüarı altında bayram tədbiri keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan və Özbəkistanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Səfir humanitar və mədəni təşəbbüslərin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm rol oynadığını bildirərək, Azərbaycançılıq ideyasının Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulduğunu bildirib. Qeyd edib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Səfir Özbəkistanda yaşayan Azərbaycan diasporunun həmrəyliyin bir hissəsi olduğunu diqqətə çatdırıb.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün milli birlik və həmrəyliyin bariz ifadəsi olduğunu qeyd edib. O, hər iki ölkə prezidentlərinin sayəsində Azərbaycan və Özbəkistan arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib. Akif Marifli bunun humanitar və mədəni əlaqələrin genişlənməsi üçün də möhkəm zəmin yaratdığını vurğulayıb.

Konsert proqramının musiqi hissəsində Azərbaycanın tanınmış xanəndəsi Rəvan Qaçayev və gənc müğənni Ülkər Abdullayeva çıxış ediblər. Onların ifasında Vətənə, milli kimliyə, dostluq və həmrəyliyə həsr olunmuş mahnılar səsləndirilib.

Teatr sənəti Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarı Bülbül” teatr truppası tərəfindən təmsil olunub. Truppa Azərbaycan klassik dramaturgiyası və musiqili teatrına aid səhnəcikləri, eləcə də xalq mahnılarını tamaşaçılara təqdim edib.

Xoreoqrafik hissədə isə Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Qarabağ Zəfəri” rəqs ansamblının çıxışları nümayiş olunub. Milli rəqslər xalqımızın tarixi yaddaşını, milli qürurunu və birlik ruhunu əks etdirib.

Tədbirin sonunda Özbəkistanda Azərbaycan mədəniyyətinin təbliğində fəal iştirak edən yaradıcı kollektivlər və ictimai fəallar təltif olunublar. Mükafatlandırılanlar teatr sənəti, milli rəqs, təsviri incəsənət, eləcə də televiziya və media sahələrini əhatə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see204

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see142

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri