Icma.az
close
up
RU
İki tanışın nərd oyununda zər tutma mübahisəsi davaya çevrildi TƏFƏRRÜAT

İki tanışın nərd oyununda zər tutma mübahisəsi davaya çevrildi TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Bakının Nizami rayonunda 60 yaşlı kişi mübahisə zamanı tanışına xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin iyunun 17-də, saat 21.00-da baş verib. Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Vüqar tanışı, 1966-cı il təvəllüdlü Zaur (adlar şərtidir – red.) ilə nərd oyunu oynayarkən sonuncunun zər tutması səbəbindən mübahisə edib. 
Aralarında yaranmış mübahisə zamanı o, Zauru söyüb. Bu zaman Zaur onun burun nahiyəsindən yumruqla vurub. Vüqar da cavab olaraq, qəsdən Zaurun sifət nahiyəsinə bir dəfə yumruqla zərbə vurub. 
Vüqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iyunun 17-də, saat 21.00-da yaşadığı evdə nərd oynayarkən baş vermiş mübahisə zamanı tanışı Zaura xəsarət yetirib. O, zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tam ödəməsini deyib. Həmçinin əməlindən peşman olduğunu söyləyib. 
Bu işə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışıq əldə etməsini nəzərə alıb. Bu səbəbdən Vüqarın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Bundan başqa, Zaurun da Vüqarı vurması ilə bağlı iş ayrıca icraatda araşdırılıb. Bu dəfə isə burun nahiyyəsindən xəsarət alan Vüqar zərərçəkmiş qismində tanınıb. 
Eyni ittihamla mühakimə olunan Zaur da özünü elan olunmuş Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib. 
Zaurun da barəsində olan cinayət işinə ayrıca icraatda Nizami Rayon Məhkəməsində baxılıb. Hakim onların barışmasının nəzərə alıb və Zaurun barəsində olan cinayət təqibinə xitam verilməsi barədə hökm çıxarıb. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Dekabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri