Lənkəranda “Mehriban Əliyeva Prezidentin ən yaxın silahdaşıdır” mövzusunda tədbir keçirilib FOTOLAR
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yanvarın 16-da Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının birgə təşkilatçılığı ilə “Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin ən yaxın silahdaşıdır” mövzusunda tədbir keçirilib.
"Unikal" xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Lənkəran ŞİH başçısı Taleh Qaraşov giriş nitqi ilə çıxış edib.
İcra başçısı Mehriban xanım Əliyevanın ictimai-siyasi, mədəni, sosial, dövlət xadimi kimi fəaliyyətinin bütün aspektləri barədə geniş və hərtərəfli məruzə edib. Bildirilib ki, adını öz dəst-xətti ilə xalqımızın ən şanlı salnaməsinə yazdıran şəxsiyyətlərdən olan Mehriban xanım Əliyeva Azərbaycan qadınına məxsus bütün gözəl xüsusiyyətləri özündə cəmləşdirib, xalqın qəlbində böyük hörmət qazanıb. Onun fəaliyyətinin xarakteri barədə düşünəndə göz önünə və ağıla ilk növbədə xeyirxahlıq və mərhəmət anlayışı gəlir. Onun mərhəməti və ədaləti çarəsiz durumda olan vətəndaşın güvən yerinə çevrilib. Dara düşən, yardıma ehtiyacı olan insanların Heydər Əliyev Fonduna pənah aparması məhz cəmiyyətin ilk növbədə fond rəhbərliyinə olan dərin inamından irəli gəlir.
Taleh Qaraşov qeyd edib ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsində, yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə olunmasında, təhsil, səhiyyə və mədəniyyətimizin bütün sahələrində müxtəlif layihələrin həyata keçirilməsində misilsiz rola malikdir.
İcra başçısı Mehriban xanımın birbaşa göstərişi ilə rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlara böyük diqqət və qayğı göstərdiyini, müharibə əlillərinin yüksək texnologiyalı protezlərlə təmin olunduğunu, yaralı hərbçilərimizin xaricdə müalicəsinin təşkil edildiyini və onların sosial durumunun yaxşılaşmasına köməklik göstərildiyini xüsusi olaraq qeyd edib. Onun sözlərinə görə, atılan addımlar xalqın dövlətə və cənab İlham Əliyevə olan inamının daha da möhkəmləndirilməsinə səbəb olmaqla bərabər, cəmiyyətdə daha güclü milli birlik, barış ruhu və dialoq mühitinin formalaşmasında mühüm rol oynayır.
Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Birinci vitse-prezident kimi fəaliyyəti dövründə dövlət başçısından sonra Azərbaycanda sosial dövlət anlayışının mahiyyətini reallaşdıran əsas sima olmağı bacarmış Mehriban xanım Əliyevanın eyni zamanda Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini təyin edilməsinin ölkəmizin siyasi tarixində yeni mərhələ olduğunu bildirib. Onun sözlərinə görə, Mehriban xanımın partiyada birinci müavin vəzifəsinə təyinatı YAP-ın sosial və humanitar fəaliyyət istiqamətlərində müsbət mənada dönüşə gətirib çıxarıb, ölkənin ictimai-siyasi həyatında birinci xanım institutunun Azərbaycan tarixində ən güclü nümayəndəsi, Heydər Əliyev Fondunun rəhbəri kimi əhəmiyyətli rol oynamaqla inklüziv cəmiyyətin qurulması, sosial ədalətin bərqərar olması istiqamətlərində dövlət başçısının ən yaxın silahdaşına və cəmiyyətin isə ümid yerinə çevrilib.
Daha sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru NuridəMəmmədova, Lənkəran şəhəri T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin direktoru Gülnarə Seyfullayevavə Lənkəran Dövlət Dram Teatrının aktrisası Aynur Əhmədova təmsil etdikləri qurumların profili üzrə Mehriban xanım Əliyevanın xidmətləri və gördüyü işlər barədə geniş məruzə ilə çıxış ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 16 Yanvar 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















